Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
SİYASƏT

Fransa ayri-seçkiliyə əsaslanan siyasət yürüdür

<font color=red><b>Fransa ayri-seçkiliyə əsaslanan siyasət yürüdür</b></font>


Qarabağın Azərbaycanlı İcması Bako Saakyanın Fransaya qanunsuz səfəri ilə bağlı bəyanat yayıb


Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri Bako Saakyanın Fransaya qanunsuz səfəri ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması olaraq, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfərini kəskin şəkildə pisləyir və hiddətimizi ifadə edirik.
ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Fransanın öhdəliklərinə zidd olmasına baxmayaraq, bu səfərin qarşısının alınması üçün heç bir tədbir görülmür. Fransa hökumətinin dəfələrlə təkrarlanan bu kimi qeyri-qanuni əməllərə passiv seyrçi münasibəti və təsirli addımlar atmaması qəbuledilməz haldır.
Fransa Cənubi Osetiya, Abxaziya, Krım və Dnestryanı bölgələrdən olan şəxslərə Fransa ərazisinə daxil olmağa icazə verilmədiyi halda, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinə xüsusi rəğbət göstərir.
Həmçinin Fransa hökuməti Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının etnik təmizləməyə məruz qaldığını və fundamental hüquqlarının kobud şəkildə pozulduğunu çox yaxşı bildiyi halda, bu kimi birtərəfli və separatizm xarakterli addımların həyata keçirilməsinə göz yumur, insan hüquqlarının ayrılmazlığı və bərabərhüquqluluq prinsiplərini pozur. Bu mənada Fransa müxtəlif təəssübkeşlik hissləri ilə ayri-seçkiliyə əsaslanan siyasət yürüdür.
Azərbaycan vətəndaşları Fransa səfirliyindən viza almaqda çətinlik çəkdikləri və bürokratik süründürməçiliklə üzləşdikləri halda, müharibə cinayətkarı olan Bako Saakyan saxta sənədlərlə Şengen viza tələblərini kobud şəkildə pozaraq Fransa ərazisinə daxil olur.
Bu qanunsuz səfərin həyata keçirilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə maneə olmaqla yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət edir.
Nəhayət Fransa tərəfi başa düşməlidir ki, bu kimi qərəzli və qeyri-obyektiv əməllər Dağlıq Qarabağın Azərbaycan icması və bütövlükdə Azərbaycan ictimai rəyində Fransanın nüfuzuna ciddi xələl yetirir.
Əgər Fransa münaqişənin həllinə həqiqətən töhfə vermək niyyətindədirsə, onda ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi qərəzsizliyini təmin etməli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasına çalışmalı və Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarını birlikdə Parisə dəvət etməli və bu iki icma arasında bərabərhüquqlu əsasda etnik barışığı və dialoqu dəstəkləməlidir.
Fransa tərəfi də bilməlidir ki, etnik təmizləmə siyasətinə məruz qalmış və doğma torpaqlarından qovulmuş azərbaycanlıların yalnız öz doğma ərazilərinə qayıtması halında regionda dayanıqlı və ədalətli sülhün təmin olunması mümkün ola bilər”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv