Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
SOSİAL

BANM-da MBA təhsili: İdarəçilik idarəçilərdən öyrənilir

<b>BANM-da MBA təhsili: İdarəçilik idarəçilərdən öyrənilir </b>

Bakı Ali Neft Məktəbində (BANM) Biznesin İdarə Edilməsi (MBA) magistr proqramı uğurla davam edir

Ümumilikdə 120-dən artıq krediti əhatə edən zəngin bir proqrama malik bu proqramın əsas məqsədi qlobal mühitdə rəqabətədavamlı mütəxəssislər yetişdirməkdir. Ali Məktəbin beynəlxalq təcrübəyə malik professor heyəti isə yalnız BANM üçün nəzərdə tutulan ekskluziv və innovativ proqram hazırlayıblar.
BANM-ın MBA proqramına İdarəetmə və təşkilati davranış, Maliyyənin idarə olunması, Biznes və iqtisadiyyat üçün statistika, Marketinq konsepsiyaları, Menecerlər üçün mühasibat, Kapital qoyuluşu və Maliyyə strategiyaları, Risklərin idarə olunması və siğortalama v s. kimi əsas fənlər, eləcə də seçmə fənlər daxildir.
BANM-da MBA proqramını tədris edən müəllimlərdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimli, BP şirkətiin İT layihələr üzrə qrup rəhbəri Faiq Nəsibov, İtaliyanın KT Kinetics Technology şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nikolo Haylpern, Bioropean MMC-nin yaradıcısı və direktoru Emin İlyas, BANM-ın beynəlxalq təcrübəli professoru Cavanşir Əlizadə və digərlərinin adlarını çəkmək olar.
2018/2019-cu tədris ilinin ilk semestrində MBA tələbələri İdarəetmə və təşkilati davranış, Maliyyənin idarə olunması, Biznes və iqtisadiyyat üçün statistika, Marketinq konsepsiyaları və Menecerlər üçün mühasibat fənlərini keçirlər.
“Bakı Ali Neft Məktəbində MBA üzrə təhsil almaq arzum idi. Amma açığı, dərslərin bu dərəcədə mükəmməl təşkil olunacağını gözləmirdim. Bizə dərslər çox təcrübəli, tanınmış insanlar tərəfindən keçirilir. Öyrəndiklərimizin praktiki nümunələri məni çox ruhlandırır”, – deyə Ali Məktəbin MBA tələbəsi, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin kommersiya meneceri Famil İbrahimov bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv