Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
QHT XƏBƏR

“Kəlağayı – Azərbaycan ipəyinin dürdanəsi!”

<b>“Kəlağayı – Azərbaycan ipəyinin dürdanəsi!”</b>

Tədbiri layihənin eksperi - Azərbaycan Respublikası “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova aparıb

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin təbliği” layihəsi çərçivəsində tədbirlər həyata keçirilib.
Layihə çərçivəsində Bakı şəhəri Binəqədi rayon Gənclər Evində sonuncu tədbir həyata keçirilib. Tədbiri layihənin eksperi - Azərbaycan Respublikası “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova aparıb. Tədbirdə universitet tələbələri, Binəqədi rayonunun fəal gəncləri iştirak edib.
Nailə İsmayılova kəlağayımızın xüsusiyyətləri və onun dünya şöhrətli olması haqqında maraqlı məlumatları gənclərin diqqətinə çatdırıb. O qeyd edib ki, “Haqqında bəhs etdiyimiz bu zərif, incə görünüşlü kəlağayılar təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da məşhurlaşmış, xaricdən gələn turistlər tərəfindən rəğbətlə qarşılanmışdır. Kəlağayılarımız hər zaman naz-qəmzəli, şux yerişli Azərbaycan qadınlarının bənzərsiz gözəlliyinə rəng qatmışdır. O kəlağayılarımızın tarixi və bu günü, Respublika muzeyləri və orada saxlanılan qədim və qiymətli irs nümunələrimiz haqqında ətraflı məlumatlar verib. İsmət rəmzi kəlağayımız haqqında verilən məlumatlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Tədbir gənclərin maraqlı diskusiyaları və təklifləri ilə sona çatıb.
Sonda iştirakçılara kəlağayı ilə bağlı maraqlı məlumatlar qeyd olunan buklet təqdim olunub və gənc qızlara üzərində milli arnamentlərimiz əks olunan maddi və mənəvi irs nümunəsi kəlağayılar təqdim olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv