Son xəbərlər
18 DEKABR
17 DEKABR
14 DEKABR
SOSİAL

Türkiyədə Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə keçirilən beynəlxalq tədbir işə başlayıb

<b>Türkiyədə Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə keçirilən beynəlxalq tədbir işə başlayıb</b>

Türkiyənin Kocaeli şəhərində IV Avropa İqtisadi Konqresi işə başlayıb

Beynəlxalq tədbirin təşkilatçıları Kocaeli Universiteti, Azərbaycan Universiteti və Polşanın WSB Universitetidir.
15-17 noyabr tarixləri arasında keçirilən konfransda Azərbaycan Universitetini Elmi işlər üzrə prorektor, professor Yusif Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Prorektor Yusif Qasımov beynəlxalq tədbirin açılış mərasimində çıxış edərək konfrans iştirakçılarına Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın salamını çatdırıb. Azərbaycan Universitetinin tarixi və fəaliyyəti haqqında məlumat verən Yusif Qasımov tədbirin növbəti ildə Azərbaycan Universitetində keçiriləcəyini qeyd edib. Prorektor tədbir iştirakçılarını Bakıya dəvət edib və Azərbaycan Universitetinin rektoru adından xatirə hədiyyəsini Kocaeli Universitetinin rektoru prof. Sadettin Hülagüyə təqdim edib.
Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan tanınmış alimlərin müasir iqtisadiyyatın aktual problemlərinə həsr edilmiş plenar məruzələri dinləniləcək və müxtəlif istiqamətlərdə təşkil edilən sessiyalarda müzakirələr keçiriləcəkdir. Tədbirdə 16 ölkədən 130 tədqiqatçı iştirak edir.
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva təşkilat komitəsinin fəxri sədrlərindən biridir. Elmi işlər üzrə prorektor Yusif Qasımov və universitetin professoru Rövşən Quliyev tədbirin elm komitəsinin, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Əli Həsənov və Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva təşkilat komitəsinin üzvləridir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv