Son xəbərlər
22 MAY
21 MAY
İDMAN

Azərbaycanlı marafonçu Asiyadan Avropaya qaçaraq rekorda imza atıb

<b>Azərbaycanlı marafonçu Asiyadan Avropaya qaçaraq rekorda imza atıb</b>

İstanbul marafonunda 100-ə yaxın ölkədən 130 min idmançı iştirak edib

Türkiyədə ənənəvi İstanbul marafonu baş tutub.
Trend-in məlumatına görə, 40-cı İstanbul marafonunda 100-ə yaxın ölkədən 130 min idmançı iştirak edib. Bundan başqa, marafona 55 məşhur atlet də qatılıb.
Uzunluğu 42 kilometr 195 metr olan tam marafonun qalibi keniyalılar olub. Kişilər arasında Feliks Kimutay, qadınlar arasında Rut Çepnqetiç finişə birinci çatıb.
Marafon zamanı 15, 10 və 8 kilometr məsafələrə, eləcə də paralimpiyaçılar arasında yarış keçirilib.
Qeyd etmək lazımdır ki, azərbaycanlı idmançı Ayla Seyid 15 kilometr məsafədə qaçışda qadınlar arasında 21-ci yeri tutaraq yeni rekorda imza atıb. Belə ki, indiyədək İstanbul marafonunda Azərbaycan nümayəndəsi bu qədər yüksək nəticə əldə etməyib.
Qeyd edək ki, o, həmçinin həmin marafonda otuzluğa düşənlərin arasına adını yazdıran ilk azərbaycanlı xanımdır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv