Son xəbərlər
18 DEKABR
17 DEKABR
14 DEKABR
SİYASƏT

Analitik: Saakyanın davamlı olaraq Fransaya səfəri bu ölkənin ATƏT-in Minsk qrupundakı fəaliyyətinə kölgə salır

<b>Analitik: Saakyanın davamlı olaraq Fransaya səfəri bu ölkənin ATƏT-in Minsk qrupundakı fəaliyyətinə kölgə salır</b>

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəhbər”i kimi özünü təqdim edən Bako Saakyanın davamlı olaraq Fransaya səfəri bu ölkənin ATƏT-in Minsk qrupundakı fəaliyyətinə kölgə salır

Bu barədə Trend-ə açıqlamasında analitik Ehtiram Aşırlı deyib.
O, 1994-cü ildən bu günədək ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli istiqamətində hər hansı ciddi irəliləyişə nail ola bilmədiyini vurğulayıb:
“Azərbaycan Prezidenti cənab İlham Əliyev də dəfələrlə ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətsizliyindən danışaraq onları daha fəal olmağa səsləyib. Fikrimcə, bu qurum öz işini konkret məqsədlərə və planlara yönəltsə, daha məqsədəuyğun olar. Bu gün münaqişənin həlli ilə bağlı həmsədrlərin əlində lazım olan bütün sənədlər var. BMT-nin qətnamələri, beynəlxalq təşkilatların qərarları və beynəlxalq hüquq normaları diktə edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. ABŞ da, Rusiya da Dağlıq Qarabağ məsələsinin həlli ilə əlaqədar öz mövqelərini konkret şəkildə ifadə edirlər. Fransa isə əksinə, rəsmi Parisin qondarma rejimə açıq-aydın meyilləri müşahidə olunur. Bu günlərdə Fransa tərəfi qondarma rejimi tanımadıqları ilə bağlı açıqlama verdi. Lakin Fransa dövlət nümayəndələrinin tez-tez Dağlıq Qarabağa qanunsuz səfərlər etməsi, eləcə də Saakyanın Fransaya mütəmadi səfərləri bu ölkənin ATƏT-in Minsk qrupundakı fəaliyyətinə kölgə salır”.
Analitik qeyd edib ki, Fransa açıq və birmənalı şəkildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü, suverenliyini və münaqişənin də bu prinsiplər əsasında həllini dəstəkləməlidir:
“Hesab edirəm ki, Fransa məhz bu qərəzli və qeyri-obyektiv hərəkətlərinə görə həmsədrlikdən uzaqlaşdırılmalıdır: “Ümumiyyətlə, Minsk qrupu yeni bir formatda yola davam etməlidir ki, fəaliyyətində səmərəlilik artsın”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv