Son xəbərlər
18 DEKABR
17 DEKABR
14 DEKABR
SİYASƏT

Azad Rəhimov: Gənclər və gənclər təşkilatları Azərbaycanın maraqlarının xaricdə müdafiəsində daha yüksək fəallıq göstərirlər

<b>Azad Rəhimov: Gənclər və gənclər təşkilatları Azərbaycanın maraqlarının xaricdə müdafiəsində daha yüksək fəallıq göstərirlər</b>

Azərbaycan gənclərinin ilk forumundan 22 il keçib, bu müddətdə gənclərin həyatı çox dəyişib

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Gənclərinin VIII Forumunda çıxışı zamanı deyib.
A.Rəhimov bildirib ki, müzakirə edilən mövzular və forumların keçirilmə formatı da dəyişib:
"Dəyişməyən isə məqsəddir - Azərbaycan gənclərinə onların problemləri və həlli yolları, nailiyyətləri və gələcəklə bağlı düşüncələrini müzakirə etmək üçün şərait yaratmaq, gənclərin səsini eşitməkdir. Gənclər siyasəti ölkənin müstəqil tarixində uğurla inkişaf edən sahələrdəndir. Gələcək nəsillər, tədqiqatçılar xüsusi qeyd edəcək ki, Prezident İlham Əliyevin insan kapitalının inkişaf strategiyasında gənclərə qayğı əsas prioritetlər sırasındadır. Ölkədaxili maraqlarla yanaşı, gənclər sahəsində beynəlxalq çağırışlara da diqqət artır. Beynəlxalq əməkdaşlıqda Azərbaycan gəncləri fəallaşır. Azərbaycanın maraqlarının xaricdə müdafiəsində gənclər və gənclər təşkilatları daha yüksək fəallıq göstərirlər. Əminliklə demək olar ki, Azərbaycanda gənclər siyasətinin müstəqil, düşünülmüş tərzdə, uzunmüddətli məqsədlərlə aparılmasının başqa bir göstəricisi odur ki, bu sahə heç bir mərhələdə başqa quruma "əlavə vəzifə" kimi tapşırılmayıb, həmişə vahid mərkəzi orqan sayılan Gənclər və İdman Nazirliyi tərəfindən icra olunub".
Nazirin sözlərinə görə, Azərbaycanda gənclər siyasəti ardıcıl və sistemli aparılıb, onun nəticələri ölçülə biləcək göstəricilərlə sübut edilir, dünyada gedən bir sıra proseslərə adekvat cavab verir:
"Azərbaycan gənc ölkədir, əhalisinin təxminən 30 faizi gənclərdir. Gənclər siyasətinin ən böyük uğuru odur ki, gənc nəsil birmənalı olaraq Azərbaycanın müstəqilliyini böyük tarixi dəyər kimi dərk edir, gənclər onu müdafiə etməyə və möhkəmləndirməyə hazırdır. Forum çərçivəsində aparılan müzakirələr əməli nəticələr əldə etməyə töhfə verəcək".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv