Son xəbərlər
18 DEKABR
17 DEKABR
14 DEKABR
SOSİAL

Nazir müavini: Dövlət 25 illik dövrü vətəndaşlara hədiyyə edəcək

<b>Nazir müavini: Dövlət 25 illik dövrü vətəndaşlara hədiyyə edəcək</b>

Biz pensiyaya çıxacaq şəxs üçün 25 illik dövrü amnistiya veririk

Yəni şəxsin sığorta kapitalında 1 manat belə pul varsa, biz 25 illik dövrü onun üçün sığorta stajı kimi qəbul edəcəyik. Bu sığorta stajı 2019-2020-cu ildən pensiyaya çıxan şəxslər üçün 1 il azaldılacaq.
Trend-in məlumatına görə, bunu “Əmək pensiyaları haqqında” qanunun 22-ci maddəsinə təklif edilən yeni dəyişiklikləri şərh edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
A.Əliyev bu güzəşti köhnə dövr üçün elektron bazanın olmaması ilə izah edib: “Köhnə dövr dedikdə, 2006-cı ildən əvvəlki dövr nəzərdə tutulur. Vətəndaşlar bu dövrdə olan sığorta stajını təsdiq etmək üçün arxivlərə, yaxud ləğv olunmuş müəssisələrə müraciət etməli olurlar. Bu halda da çoxlu mübahisələr yaranır, iş məhkəmələrə qədər uzanır. Bu dəyişikliyin mahiyyəti isə ondan ibarətdir ki, dövlət 25 illik dövrü, 01.01.2006-cı ilə qədər olan dövrü vətəndaşlara hədiyyə edəcək, yəni həmin dövrü avtomatik olaraq 25 illik staj kimi qəbul edəcək”.
Nazir müavini qeyd edib ki, 2006-cı ildən sonra elektron baza olduğu üçün pensiyaya çıxacaq şəxsin sığorta stajı və ödədiyi sığorta haqları bazadan görünəcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv