Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
SOSİAL

AYAP Ümumdünya Uşaqlar Gününü qeyd edib

<b>AYAP Ümumdünya Uşaqlar Gününü qeyd edib  </b>

20 noyabr Ümumdünya Uşaqlar Günü Azərbaycan Gənclərinə Dəstək Proqramı (AYAP) üzvləri tərəfindən xüsusi proqramla qeyd olunub

Belə ki, layihənin tərəfdaşları olan BMT-nin Uşaq Fondu (UNICEF) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəstəyi ilə layihənin gənclərdən ibarət Məşvərət Şurası üzvləri cəbhəyanı regionlarda yerli icra hakimiyyəti başçıları ilə xüsusi video müsahibə hazırlayıblar.
Tərtər, Bərdə və Goranboy rayon İcra Hakimiyyəti rəhbərləri uşaqlarla səmimi söhbət edib, regionla, uşaqların inkişafı ilə bağlı onları maraqlandıran sualları cavablandırıb.
19 noyabr tarixində uşaqlar UNICEF-in ölkə nümayəndəliyinə dəvət olunublar, müsahibələrin təqdimatı keçirilib və uşaqlar UNICEF-in iş prinsipləri ilə tanış olublar.
Günün ikinci yarısında isə AYAP üzvləri BAMF-da qonaq olaraq fondun iş prosesi ilə yaxından tanış olublar.
Ümumdünya Uşaqlar Günü münasibəti ilə ənənəyə sadiq qalaraq, BAMF-ın Eurasiya Diary informasiya portalında xəbər yayımlanması uşaqlara həvalə olunub.
AYAP üzvlərinin yerli İcra Hakimiyyəti rəhbərləri ilə müsahibələri gün ərzində Unicef Azərbaycan və Beynəlxalq Avrasiya mətbuat Fondunun sosial platformalarında və digər mənbələrdə yayımlanacaqdır.
Qeyd edək ki, "Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT -nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub.
AYAP – layihəsinin əsas məqsədi yerlərdə gənc və yeniyetmələrin həyatına və inkişafına yönəlik qərarların qəbul edilməsi proseslərində fəal iştirakçılığına dəstək olmaq və onların sosial fəallığını artırmaqdır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv