Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
SİYASƏT

Əli Əhmədov: Azərbaycanın tarixi keçmişi nə qədər əzəmətlidirsə, gələcəyi də bir o qədər parlaqdır

<b>Əli Əhmədov: Azərbaycanın tarixi keçmişi nə qədər əzəmətlidirsə, gələcəyi də bir o qədər parlaqdır</b>

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanın siyasi ab-havasının indikatoru rolunda oynayır

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini və partiyanın icra katibi, Baş nazirin müavini Əli Əhmədov partiyanın 26-cı ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müasir tarixinin ən önəmli hadisələrindən biridir. Bu təşkilat özünün 26 illik fəaliyyətindən məmnundur: "Bu illər ərzində Azərbaycan regionda öz mövqeyini əhəmiyyətli dərəcədə artırıb. Bu gün Azərbaycan adı hörmətlə çəkilən ölkələrdəndir".
Ə.Əhmədov qeyd edib ki, YAP-da 725 min nəfər Azərbaycan vətəndaşı birləşib: "Yeni Azərbaycan Partiyasında Azərbaycanın yaşlı əhalisinin hər 10 nəfərindən biri təmsil olunur".
Baş nazirinin müavini hesab edir ki, bu qədər vətəndaşın YAP-da birləşməsi Heydər Əliyev ideyalarına olan inamla bağlıdır.
Ə.Əhmədov bildirib ki, Azərbaycanın tarixi keçmişi nə qədər əzəmətlidirsə, gələcəyi də bir o qədər parlaqdır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv