Son xəbərlər
18 DEKABR
17 DEKABR
14 DEKABR
SİYASƏT

Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT vasitəsilə canlı yayımlana bilər

<b>Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT vasitəsilə canlı yayımlana bilər</b>

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev Nyu Yorka səfəri çərçivəsində BMT baş katibinin qlobal kommunikasiyalar üzrə müavini Alison Smeyl ilə görüşüb

Trend-in Mədəniyyət Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə Ə.Qarayev BMT-nin Qlobal kommunikasiyalar üzrə departamentinin 2017-ci ildə Bakıda keçirilən 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun BMT-nin televiziya və internet kanalı vasitəsilə yayımını təşkil etdiyinə görə minnətdarlığını bildirib və bunun forumun və müzakirə edilən məsələlərin bütün dünyanın diqqətinə çatdırılması üçün qlobal məlumat platforması yaratdığını qeyd edib.
Xanım A.Smeyl, öz növbəsində, Azərbaycanla əməkdaşlıq etməkdən məmnun olduqlarını və gələcəkdə bu əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını bildirib.
Daha sonra 2019-cu ildə Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun da BMT vasitəsilə canlı yayımının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv