Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
İDMAN

Sərbəst güləş yığmamız Ermənistanı məğlub edib medal qazandı

<b>Sərbəst güləş yığmamız Ermənistanı məğlub edib medal qazandı</b>

Noyabrın 21-də İranın Gürgan şəhərində 15 yaşadək sərbəst güləşçilər arasında "Day of children" turniri keçirilib

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, komanda yarışında ölkəmizi böyük məşqçi Namiq Quliyev və məşqçi Mehman Nəcəfovun rəhbərliyi altında Ruslan Abdullayev (38 kq), Emin Qocayev, Abdul Abdullayev (hər ikisi 41 kq), Mahir Məmmədov (44 kq), Ramik Heybətov, Nurəddin Novruzov (hər ikisi 48 kq), Ağanəzər Novruzov (52 kq), Məhəmmədəli Quliyev (57 kq), Namus Orucov (62 kq), Səttərxan Allahverdili (68 kq), Varis Mehdizadə (75 kq) və Xəlil Allahverdiyevdən (85 kq) ibarət kollektiv təmsil edib.
Yığmamız İran-1 komandasına 3:7 hesabı ilə uduzsa da, eyni hesabla Ermənistana qalib gəlib. Bu nəticəylə qrupda 2-ci yeri tutan millimiz İran-2-ni (7:3) məğlub edərək bürünc medalın sahibi olub.
Fərdi birincilikdə Ruslan Abdullayev (38 kq), Ramik Heybətov (48 kq) və Məhəmmədəli Quliyev (57 kq) qızıl, Mahir Məmmədov (44 kq) isə gümüş medalı boynundan asıb.