Son xəbərlər
18 DEKABR
17 DEKABR
14 DEKABR
SOSİAL

Təhsil Nazirliyi vakant direktor vəzifələrinin hansı ərazilərdə daha çox olduğunu açıqlayıb

<b>Təhsil Nazirliyi vakant direktor vəzifələrinin hansı ərazilərdə daha çox olduğunu açıqlayıb</b>

Təhsil Nazirliyi ölkə üzrə ən çox vakant orta məktəb direktoru vəzifəsinin hansı ərazilərdə olduğunu açıqlayıb

Trend-in məlumatına görə, Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə bildirib ki, bu il keçirilən direktorların işə qəbulu müsabiqəsinə ümumilikdə 604 vakant yer təqdim edilib.
Ölkə üzrə ən çox vakant direktor yerləri 35 yer olmaqla, Cəlilabad rayonu üzrədir. Bu sıralamada daha sonra Goranboy, Quba, Lerik yer alır.
Ən az direktor vəzifəsi vakansiyası isə 1 yer olmaqla, Xızı rayonundadır.
Bakı şəhəri üzrə 11, Sumqayıt şəhəri üzrə 10, Abşeron rayonu üzrə 4, Gəncə rayonu üzrə isə 2 vakant yer elan edilib.
M.Camalzadə hesab edir ki, 604 vakant yerin hamısının bu müsabiqədə tutulacağı gözlənilmir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv