Son xəbərlər
18 DEKABR
17 DEKABR
14 DEKABR
SOSİAL

Naxcıvan MR-da düşən yağıntının miqdarı 61 mm olub

<b>Naxcıvan MR-da düşən yağıntının miqdarı 61 mm olub</b>

Noyabrın 22-si gündüzdən 23-ü səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ölkə ərazisində noyabrın 22-si gündüzdən 23-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, Naxçıvan MR-nın bəzi yerlərində intensiv olub.
Düşən yağıntının miqdarı Naxcıvan MR-da 2-61, Kiçik Qafqazda 1, Qazax-Gəncə zonasında 1-2, Böyük Qafqazda 1-11, Mərkəzi-Aran rayonlarında 1-6, Lənkəran-Astara zonasında 1-4, Bakıda və Abşeron yarımadasında 2-11 mm olub.
Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 17 sm təşkil edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv