Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
MƏDƏNİYYƏT

“Savalan” qrupunun mərhum rəhbəri ilə təklif

<b>“Savalan” qrupunun mərhum rəhbəri ilə təklif</b>

Bu günlərdə vəfat etmiş sevilən sənətçi, “Savalan” qrupunun bədii rəhbəri Novruz Novruzlu ilə bağlı təşəbbüs irəli sürülüb

Diaspora üzrə araşdırmaçı jurnalist Elnur Eltürk açıqlamasında deyib ki, pərəstişkarları hesab edir ki, Novruz müəllimin xatirəsi əbədiləşdirilməlidir:
“Çox istərdim ki, gələcəkdə "Savalan" qrupunun rəhbəri, mərhum dostumuz Novruz Novruzlunun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı addım atılsın. Bu həm də onu sevən minlərlə insanın ürəyincə olar. Novruz bəy cəmiyyət tərəfindən sevilən şəxsiyyət idi. Onun vəfat xəbərinin sosial şəbəkədə böyük rezonans doğurması və minlərlə insanın başsağlığı verməsi, kədərini bölüşməsi ona olan sevgi və hörmətdən xəbər verirdi. Xalqın sevgisini qazanmaq hər mədəniyyət, incəsənət xadiminə qismət olmur. Novruz bəy bunu əməli, ifası ilə qazanmışdı”.
Elnur Eltürk hesab edir ki, Novruz Novruzlunun adının hansısa küçəyə və ya mədəniyyət mərkəzinə verilməsi yaxşı olardı.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv