Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
SOSİAL

Hicran Hüseynova: Biz istəyirik ki, insanlar virtual aləmdən uzaqlaşsınlar, bir-biri ilə ünsiyyətdə olsunlar

<b>Hicran Hüseynova: Biz istəyirik ki, insanlar virtual aləmdən uzaqlaşsınlar, bir-biri ilə ünsiyyətdə olsunlar</b>

Qadınların iqtisadi cəhətdən güclənməsi, onların iş həyatına qoşulması, təhsillərini artırmaq üçün imkanlar daha da genişləndirilməlidir

Trend-in məlumatına görə, bunu “Qadınlara və qızlara qarşı zorakılığa son” adlı 16 günlük fəallıq kampaniyasına həsr olunmuş konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, zorakılıq ailələri və cəmiyyətləri bir araya gətirən ictimai əlaqələri zəiflədir, bütövlükdə ölkələrin sosial sabitliyə və iqtisadi inkişafa nail olmasına mane olur. Hər bir zorakılıq əməli, o cümlədən, məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusudur. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Buna görə də məsələyə adekvat münasibətin göstərilməsi son dərəcə zəruridir.
H.Hüseynova əlavə edib ki, problemin dərindən öyrənilməsini, dərk olunmasını və onunla mübarizəni təmin etmək üçün bütün rayonların İcra hakimiyyətləri yanında monitorinq qrupları yaradılıb. Qrup üzvləri daha operativ şəkildə zorakılığa məruz qalan insanlara yardım edir, zorakılığı törədən insana qarşı müvafiq tədbirlər görürlər.
Komitə sədri hesab edir ki, qadın və qızlar bütün sahələrdə irəli çəkilməli, onlara bərabər şərait yaradılmalıdır: "Öz hüquqlarını bilən, gücünə inanan qadın hər zaman ailədə də, cəmiyyətdə də özünü ifadə etməyi bacaracaq. O zaman zorakılığın müxtəlif formalarının aradan qaldırılması daha real olacaq. Buna görə də məlumatlılığın artırılması üçün maarifləndirmə kampaniyaları daha da gücləndirilir. Biz görürük ki, artıq məişət zorakılığı ilə mübarizədə ictimai fəallıq artıb".
O qeyd edib ki,, bu gün sığınacaqların, ailə psixoloqlarının fəaliyyətinə ehtiyac var: "Biz istəyirik ki, insanlar virtual aləmdən uzaqlaşsınlar, bir-biri ilə ünsiyyətdə olsunlar. Onda insanlar bir daha əmin olacaqlar ki, bizim əxlaqi-mənəvi dəyərlərimiz çox yüksəkdir. Bunu gənclərimizə, böyüməkdə olan nəslə düzgün ötürməliyik. Hamılıqla çalışmalıyıq ki, zorakılığa qarşı mübarizə aparaq, bu işlər doğru istiqamədə aparılmalıdır".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv