Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
MƏDƏNİYYƏT

Milli Dram Teatrında “Ah, bu uzun sevda yolu” tamaşası nümayiş olunub

<b>Milli Dram Teatrında “Ah, bu uzun sevda yolu” tamaşası nümayiş olunub</b>

Akademik Milli Dram Teatrında “Ah, bu uzun sevda yolu” tamaşası nümayiş olunub

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsəri iki hissəli tale dramıdır.
Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimidir. Səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.
Rolları əməkdar artistlər Anar Heybətov (Müşfiq), Münəvvər Əliyeva (Dilbər), Ayşad Məmmədov (Frençli kişi), Xalq artisti Hacı İsmayılov (Müdrik şair), aktyor Elnar Qarayev (Dost şair), əməkdar artistlər Elşən Rüstəmov (Novator şair), Mehriban Xanlarova (Qadın şair), aktyorlar İlyas Əhmədov (Düşmən şair), Vüsal Mustafayev (Qorxaq şair), Xədicə Novruzlu (Gülər), Rada Nəsibova (Qadın) və əməkdar artist Elşən Cəbrayılov (aparıcı) ifa edir.
Uğurla nümayiş olunan tamaşanı Xanım Həsənova idarə edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv