Son xəbərlər
18 DEKABR
17 DEKABR
14 DEKABR
SOSİAL

Bu il zorakılıq nəticəsində 112 qadın ölüb, onların 11-i azyaşlı olub

<b>Bu il zorakılıq nəticəsində 112 qadın ölüb, onların 11-i azyaşlı olub</b>

Son 5 ilin statistikasına görə, Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin dinamikası azalıb

Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov deyib.
Onun sözlərinə görə, 2018-ci ilin 9 ayı ərzində respublikada qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin ümumi sayı respublikada baş vermiş ümumi cinayətlərin cüzi hissəsini təkil edir. Ümumilikdə bu il yanvar-sentyabr ayları ərzində məişət zorakılığı ilə bağlı 678 cinayət faktı qeydə alınıb: "Qadınlara qarşı zorakılıqla bağlı törədilmiş cinayətlərdə özünü öldürmə, həmçinin öldürmə həddinə çatdırma ilə bağlı 135 fakt qeydə alınıb. Ölən qadınların sayı 112 olub ki, onlardan 11-i azyaşlıdır".
Şöbə rəisi məlumat verib ki, qadınlara qarşı cinayət törətməsi məyyən edilmiş 2004 şəxs 9 ay ərzində məsuliyyətə cəlb olunub. Cari ildə qadınların hüquqlarının məhdudlaşdırılması ilə bağlı cinayət faktı qeydə alınmayıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv