Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
SİYASƏT

Azərbaycanın bir sıra qeyri-maddi mədəni irs nümunələrinin YUNESKO-nun siyahısına salınması müzakirə ediləcək

<b>Azərbaycanın bir sıra qeyri-maddi mədəni irs nümunələrinin YUNESKO-nun siyahısına salınması müzakirə ediləcək</b>

Mavrikinin paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyası öz işinə başlayıb

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, sessiyanın iclasında komitənin qarşısında duran cari məsələlərin, gələcək fəaliyyətin, eyni zamanda YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Reprezentativ, Təcili Qorunmaya Ehtiyacı olan siyahılarına daxil edilməsi nəzərdə tutulan nominasiyaların müzakirəsi və milli hesabatların qəbul edilməsi nəzərdə tutulub.
Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənovun başçılıq etdiyi nümayəndə heyəti sözügedən tədbirdə iştirak edir.
Sessiyanın açılışında çıxış edən R.Həsənov bu ilin iyun ayında Azərbaycanın sözügedən komitənin üzvü seçildiyini qeyd edərək seçkilər zamanı ölkəmizə dəstək verən üzv ölkələrə təşəkkürünü bildirib.
O qeyd edib ki, Azərbaycan 2008-2014-cü illərdə sözügedən komitənin üzvü olub və 2013-cü ildə YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına müvəffəqiyyətlə ev sahibliyi edib.
Nazir müavini universal mədəni dəyərlərin qorunmasına daim səy göstərən Azərbaycanın 2003-cü il Konvensiyasının effektiv həyata keçirilməsində maraqlı olduğunu qeyd edib və bu sahədə verdiyi töhfələrinə görə üzv ölkələrə, ekspertlərə və YUNESKO Katibliyinə öz təşəkkürünü ifadə edib.
YUNESKO-Azərbaycan əlaqələrindən danışan R.Həsənov bu əlaqələrin inkişaf etdirilməsində və daha intensiv, dinamik səviyyəyə çatdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəyərli xidmətlərini vurğulayıb. Mehriban Əliyevanın yorulmaz səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələrinin YUNESKO-nun müvafiq siyahılarında yer aldığını diqqətə çatdırıb.
Sonda nümayəndə heyətinin rəhbəri Azərbaycanın 2018-2022-ci il komitə üzvlüyü dövründə Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın daha da səmərəli həyata keçirilməsində üzv ölkələrlə konstruktiv əməkdaşlıq və tərəfdaşlıq şəklində öz zəngin təcrübəsini paylaşmaq səylərini əsirgəməyəcəyini qeyd edib.
İclas zamanı Azərbaycanla bağlı bir sıra məsələlərin, o cümlədən Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün komitəyə təqdim olunmuş "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiya, YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün komitəyə təqdim edilmiş Azərbaycan, Türkiyə və Qazaxıstan ilə birgə “Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli nominasiya və “Çövkən – ənənəvi Qarabağ atüstü oyunu” ilə bağlı milli hesabatımızın müzakirəsi nəzərdə tutulub.
Sözügedən nominasiya sənədləri və milli hesabat Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv