Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
MƏDƏNİYYƏT

Tanınmış meksikalı pianoçu Bakıda konsert verib

<b>Tanınmış meksikalı pianoçu Bakıda konsert verib</b>

Beynəlxalq Muğam Mərkəzində tanınmış meksikalı piano ifaçısı Xesus Lepe Riko konsert proqramı ilə çıxış edib

Trend-in məlumatına görə, tədbir Meksikanın ölkəmizdəki səfirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.
Konsertdən əvvəl Meksika səfiri Xuan Rodrigo Labardininin çıxışında tədbirin iki ölkə və xalqın yaxınlaşması, mədəniyyət və incəsənətlərinin qarşılıqlı tanıdılması məqsədi ilə keçirildiyi vurğulanıb.
Musiqi gecəsində İohann Sebastyan Bax, Lüdviq van Bethoven və Frederik Şopen kimi dünya klassiklərinin, habelə Meksikanın tanınmış bəstəkarlarının əsərləri səslənib.
Qeyd edək ki, Xesus Lepe Riko bir sıra milli mükafatlara layiq görülüb. Piano üzrə Beynəlxalq Papantla Festivalının təsisçisi və baş direktorudur. 2011-ci ildən bu günə kimi Verakruz ştatının Papantla de Olarte “Lazara Meldiu” Bələdiyyə Mədəniyyət Evinin piano sinfinin rəhbəri və müəllimi kimi fəaliyyət göstərir.
Xatırladırıq ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik və etnik musiqinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.
Noyabrın 29-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin yeni “Qəzəllər” layihəsi çərçivəsində keçirilən musiqi gecəsində Seyid Əzim Şirvaninin qəzəlləri səslənəcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv