Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
SİYASƏT

Bahar Muradova: Təhsilə qoyulan investisiya özünü doğruldur

<b>Bahar Muradova: Təhsilə qoyulan investisiya özünü doğruldur</b>

Azərbaycanda təhsil sahəsinə qoyulan sərmayə insan kapitalının formalaşmasına, gələcəyimizin yüksək inkişafına və yeni kadrların yetişdirilməsinə qoyulan investisalardır. Bu investisiya artıq özünü doğrultmaqdadır

Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu qurultay Azərbaycan xalqının gələcək həyatını dəyişmək üçün vacibdir: "Azərbaycanda elə bir insan yoxdur ki, təhsil sahəsi ilə bağlı olmasın. Elə bir ailə yoxdur ki, bu sahədə yeridilən siyasət, əldə edilən nəticə və üzləşdiyimiz problemlər onların həyatına təsir etməsin. Son beş ildə çox işlər görülüb".
B.Muradova əlavə edib ki, Azərbaycan dövlətinin bütün sahələrdə müasirləşməsi məsələsi qarşıya qoyulan vəzifələrdəndir. MM sədrinin müavini hesab edir ki, bunun ağırlıq yükü müəllimlərin çiyinlərindədir.
Vitse-spikerin fikrincə, təhsilalanın ailəsi də təhsil problemlərinin həlli məsələsindən kənarda qalmamalıdır: "Valideynlərin də övladları ilə birlikdə təhsilalma prosesində iştirakına ciddi diqqət yetirməliyik. Ailənin öz maddi imkanını öz övladının təhsilinə yönəltməsində qeyri-adi bir şey yoxdur. Bəzən cəmiyyət bunu birmənalı qarşılayır. Burada qəbahət heç bir şey yoxdur".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv