Son xəbərlər
18 DEKABR
17 DEKABR
14 DEKABR
SİYASƏT

Dünyada baş verən böhranlara səssiz qalmayacağıq

<font color=red><b>Dünyada baş verən böhranlara səssiz qalmayacağıq</b></font>

Əli Həsənov: “Biz barış, sülh və qarşılıqlı rifah üçün hər dövlətə açığıq”


“Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq nə qonşu ölkələri, nə də digər ölkələri təhdid edir. Biz barış, sülh və qarşılıqlı rifah üçün hər dövlətə açığıq”.
Azadinform xəbər verir ki, bunu Anadolu agentliyinə Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov bildirib. Ə. Həsənov qeyd edib ki, Ermənistan rəhbərliyi işğalçı siyasəti və Türkiyəyə əsassız iddiaları ilə öz xalqını da təhdid edir: “Əgər Ermənistan sülh istəyirsə Azərbaycan və Türkiyənin apardığı milli və beynəlxalq işlərə qatılmaq istəyirsə, buyursun işğal etdiyi torpaqlardan çəkilsin, sülhün tələb etdiyi şərtləri və hüququn tələblərini yerinə yetirsin. Ermənistana qarşı deyilik. Biz Ermənistanı sülh və barışa dəvət edirik”.
Ə. Həsənov vurğulayıb ki, Heydər Əliyev Azərbaycanın Xəzər dənizindəki təbii qaz və neft yataqlarının istismarını başladarkən, Türkiyəni “İki dövlət tək millət” anlayışı ilə layihələrimizə daxil edib: “Layihələrin Bakı-Tiflis-Ceyhan boru xətti üzərindən dünyaya açılacağını elan etdi. Rəhmətlik Heydər Əliyev qardaş ölkə Türkiyənin bunlardan faydalansın deyə böyük səylər göstərdi. Biz istəyirik ki, bizi hər vaxt dəstəkləyən, bizim çətin vaxtımızda yanımızda dayanan Türkiyə olsun. Ona görə Türkiyə ilə böyük işləri “Bir millətin iki dövləti” kimi edirik. Ona görə Star neft emalı zavodunda, “Petkim”də, bundan sonra aparılacaq layihələrdə də Azərbaycanın mövcud zənginliyindən Türk xalqının da faydalanmasını istəyirik. Türkiyədə iş yerləri açıb rifah gətirmək istəyirik. Çünki biz eyni şeyləri Türkiyədən də görürük. Türkiyə hər vaxt Azərbaycanın yanındadır. İqtisadi, siyasi, təhlükəsizlik və digər məsələlərdə Türkiyə Azərbaycanın yanındadır və bunun belə olması lazımdır”.
PA rəsmisi vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında ticarət-iqtisadiyyat əlaqələrində hazırkı mövcud potensial yetərli deyil: “Dövlətlərimizin milli vəzifəsi var: Xalqlarımızın təhlükəsizliyini təmin etmək və yüksək inkişaf yolunda irəliləmələrini davam etdirmək”.
Türkiyənin Suriyadakı insanlıq dramına səssiz qalmadığını bildirən Əli Həsənov qeyd edib ki, həmin insanlara kömək göstərildi: “Fələstində yaşanan hadisələrə Türkiyə və Azərbaycan olaraq yardım edirik. Birlikdə həyata keçirdiyimiz layihələr də milli vəzifəmizin bir hissəsidir. Çünki bu işlər bütün insanların rifahı üçündür. Dünyada baş verən böhranlara səssiz qalmayacağıq. Sivil dünyanın parçası və iştirakçısı kimi Türkiyə və Azərbaycan böhranları yaradan səbəblərin aradan qalxması üçün çalışır”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv