Son xəbərlər
18 DEKABR
17 DEKABR
14 DEKABR
SİYASƏT

Milli Məclis Cənubi Sudana sülhməramlıların göndərilməsini dəstəklədi

<b>Milli Məclis Cənubi Sudana sülhməramlıların göndərilməsini dəstəklədi</b>

Azərbaycan Cənubi Sudan Respublikasına sülhməramlılar göndərəcək

Trend-in məlumatına görə, Milli Məclisin bu gün kerçirilən plenar iclasında Azərbaycan Silhalı Qüvvələrinin 4 nəfərdən ibarət hərbi heyətinin qərargah zabiti və hərbi müşahidəçi qismində UNMISS-in (BMT-nin Cənubi Sudanda Missiyası) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında layihə müzakirəyə çıxarılıb.
Layihə səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, daha öncə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilmişdi ki, Birləşmiş Millətlər Təşkilatının mandatı altında Cənubi Sudanda həyata keçirilən beynəlxalq missiyada Azərbaycan sülhməramlılarının iştirakı planlaşdırılır. Hərbi qulluqçularımızın 2019-cu ilin yanvar ayında Cənubi Sudanın paytaxtı Cuba şəhərinə ezam olunması nəzərdə tutulub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv