Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
MEDİA

Əflatun Amaşovun ayrıca bayrağımı var?

<font color=red><b>Əflatun Amaşovun ayrıca bayrağımı var?</b></font>

Ermənidən betər ermənilər!


“Facebook” sosial şəbəkəsindəki hesabımı açar-açmaz qarşıma bir şəkil çıxdı.

Guya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İrəvanda keçirilən 52-ci plenar sessiyasında Azərbaycan bayrağı tərsinə qoyulub, bizim Milli Məclisin üzvü, Mətbuat Şurasının sədi Əflatun Amaşov da onu düzəltməyə cəsarət etməyib.

Məni tanıyanlar bilir, düşünmədiyimi deyən adam deyiləm, düşündüyümü isə boğazıma ilan dolasalar belə, gizlətmərəm.

Əflatun Amaşovdan Mətbuat Şurasının sədri olaraq şəxsən narazı olduğum məqamlar az olmayıb, bunu özü də yaxşı bilir, bəzən yazmışam da...

Amma bir millət vəkili olaraq Əflatun Amaşovdan narazı olmağımıza əsas yoxdur.

Seçiciləri ilə işləyirmi?

İşləyir!

Parlamentin komitələrində və müvafiq beynəlxalq əlaqələrin qurulmasında fəaldırmı?

Fəaldır!

Milli Məclisin iclaslarında təşəbbüslərlə çıxış edirmi?

Edir!

Kütləvi İnformasiya Vasitələrinin ümumi maraqlarını Mətbuat Şurasının sədri və millət vəkili olaraq əli çatan hər yerdə qoruyurmu?

Qoruyur!

Şəxsən narazı olmaq üçün yüngülvari səbəblərimizi qoyaq bir qırağa, amma milli və ictimai məsələlərdə Əflatun Amaşova irad olaraq nə deyə bilərik?

Kimin bu suala fərqli cavabı varsa, mübahisə etməyə hazıram, ancaq elə məsələlər var ki, mübahisəsizdir.

Dövlət mübahisəsizdir!

Xalq və millət mübahisəsizdir!

Bayraq mübahisəsizdir!

İndi soruşuram, bir az da sərt soruşuram.

O bayraq sadəcə Əflatun Amaşovundurmu?

Əflatun Amaşovun ayrıca bayrağımı var?

Ümumiyyətlə, bu ölkədə kimliyindən asılı olmayaraq, hansı birimizin bayrağı var ki?!

Bəli, bizim hamımızın bircə bayrağı var - Azərbaycan bayrağı!

Üçrəngli bayrağımız!

O bayraq ki, onu yoxdan var edən kişilər olub!

O bayraq ki, onun dalğalanması üçün kişilər deyil, nəsillər güllələnib, sürgün edilib, həyatda hər cür məhrumiyyətlərə dözüb...

O bayraq ki, ona şəhid olaraq bükülərək ölmək hər bir Azərbaycan KİŞİsinin ən böyük arzusudur və bunu əsla pafosla yazmıram.

O bayraq ki, guya İrəvandakı sözünü etdiyimiz tədbirdə tərsinə asılması barədə, millət vəkilimiz açıqlama verdi, şəkillər yaydı...

Bayrağımızın tərsinə asıldığı vəziyyətdəki şəkillərin montaj olduğunu “ayıb olsun” deyərək hər kəsə sərgilədi.

Amma yenə deyirəm, bu bayraq sadəcə Əflatun Amaşovun deyil axı!

Mənimdir, sənindir, bizimdir, bizim babalarımızın və gələcək nəsillərimizindir!

İndi sözüm o bayrağı tərsinə çevirənlərədir!

Erməninin Ermənistanda belə etmədiyi bir addımı atan şərəfsizlər, sizlərədir!

Sənin nə haqqın var, xoşun gəlmədiyi bir adama görə - deyək ki, Əflatun Amaşovu həzm etmirsən - bayrağımızı tərs çevirməyə?!

Deməli, ermənidən də, düşməndən də betərsən sən!

Haydı, fərz edək ki, doğrudan da Əflatun Amaşovun - Azərbaycanın bir millət vəkilinin qarşısında ermənilər bayrağımızı tərs qoyub, o bayraq tərsinə asılanda da bizim deyilmi?

Yenə fərz edək ki, düşmən bayrağımızı tərs asıb, bununla tədbirin təşkilatçılığındakı “ev sahibi” mövqeyindən bizi aşağılamaq istəyir, sən niyə ona qoşulursan, düşmənmisən sən?

Bunu da keçdik!

Əgər doğrudan da elə bir hal yaşanıbsa, sən o fotonu haradan almısan?

Ən azı sadə məntiq onu deyir ki, ya ermənilər birbaşa göndərib, ya da ermənilərin məqsədli şəkildə ötürdüyü KİV-dən götürülüb o şəkil, deyilmi?

Madam, bir fotonun yayılması, ermənilərin marağındadır, sən niyə əl-ayağa düşmüsən?

Qeyd etməyə xüsusi lüzum görürəm, o fotolar, Əflatun Amaşovun da açıqlamasında vurğuladığı kimi, montajdır mənə görə, sadəcə bu sualları ona görə verirəm ki, beyin həmləsi edək, bir daha sosial şəbəkələrdə yayılan məlumatlara həssaslıq sərgiləməyimizin vacib olduğunu anlayaq.

Sözümün sonunda bir haşiyə çıxım.

Bu yaxınlarda Bakıdakı səfirliklərin birinin tədbirində Əflatun Amaşovla görüşdük. Bir qədər söhbət etdik və söhbət əsnasında onun İrəvana səfər edəcəyindən xəbər tutdum. “Ehtiyyatlı olun” dedim, əlavə etdim ki, bir beynəlxalq tədbirdə, beynəlxalq təminatlı bir iclasda heç bir millət vəkilinə qarşı hörmətsizlik edilməz, ancaq içimizdəki düşmənlərin hücumlarına hazır olmalısınız!

Necə ki, bir zamanlar daxili işlər nazirimiz, çox hörmətli Ramil Usubov Ermənistanda bir beynəlxalq tədbirə qatılmışdı və qayıdandan sonra çox mənfur hücumlara məruz qalmışdı!

Söhbət səmimi Qarabağ yanğısı ilə “axı Ermənistana niyə gedir bizim nazirlər, millət vəkilləri...” deyənlərdən getmir, onlara izah etmək asandır: bir nazir, bir millət vəkili DÖVLƏT XADİMİdir, dövlətin razılığı ilə düşmən ölkəyə də gedər...

Söhbət mənfurlardan, o mənfurlardan gedir ki, onlar erməninin belə konkret bir tədbirdə etmədiyi işi görərək Azərbaycan bayrağını tərsinə asmağa hazırdır, təki qara xislətləri tətmin olunsun...

Belələrini çox görmüşük!

Orduxanları, Turalları, Məhəmmədləri, Səidləri, Natiqləri, Arifləri, Cəmilləri, çox görmüşük...

Hər dəfə eyni sözü demişik, yal davası edirlər!

Biz deyəndə haqqımızda hədyanlar yağdıranlar, az keçmiş özləri bir-birlərinə daraşıblar, filan yerdən “80 min avro aldı, mənə 100 avro” göndərdi deyə iç üzlərini açıblar.

Bu məsələ də gec-tez üzə çıxacaq, açacaqlar, bir-birlərini ifşa edəcəklər!

O zaman bizim bu gün abır edib demədiyimizi, sizə bütün cəmiyyət deyəcək.

Çünki o bayrağın təəssübünü çəkmək sadəcə Əflatun Amaşovun borcu deyil!

Taleh Şahsuvarlı









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv