Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
SOSİAL

Türkiyə Universitetinin nümayəndələri Azərbaycan Universitetində

<b>Türkiyə Universitetinin nümayəndələri Azərbaycan Universitetində</b>

Azərbaycan Universitetində Türkiyənin İstanbul Kültür Universitetinin nümayəndələri ilə görüş keçirilib

Universitetdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan Universitetini rektorun müşaviri, Magistratura və doktorantura şöbəsinin müdiri Nüşabə Quliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov və Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova, İstanbul Kültür Universitetini isə Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Seçkin Taygun Altıntaş və şöbənin mütəxəssisi Kübra Mertel təmsil edib.
Görüşdə tərəflər qarşılıqlı olaraq təmsil etdikləri ali təhsil müəssisəsinin tarixi, fəaliyyəti, maddi-texniki bazası, tədris olunan ixtisaslar, tələbələrə yaradılan imkanlar haqqında məlumat verib, “Erasmus+” proqramı çərçivəsində əməkdaşlıq imkanları, beynəlxalq kredit mobilliyi və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Mümkün əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə müasir dövrdə beynəlxalq əlaqələrin gücləndirilməsinin, ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasının əhəmiyyəti vurğulanıb.
Qonaqlara Azərbaycan təhsilinin prioritetləri haqqında da məlumat verilib.




Xəbər - 21 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv