Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
HADİSƏ

Abşerondan maşın-maşın gil daşıyan şəxslə bağlı prokurorluğa müraciət olundu

<b>Abşerondan maşın-maşın gil daşıyan şəxslə bağlı prokurorluğa müraciət olundu</b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron rayonu Pirəkəşkül kəndində gilin daşınması ilə məşğul olan şəxs barədə tədbirlərin görülməsi üçün Abşeron rayon Prokurorluğuna müraciət edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı Abşeron rayonu Pirəkəşkül kəndinin Quldar adlanan qış-otlaq sahəsindən icazəsiz 2222 kub.m həcmində gilin qazılaraq 99JP165, 99JL693, 99JL938, 99CV811 dövlət nömrə nişanlı yük maşınları ilə ərazidən daşındığı aşkar olunub.
Araşdırma zamanı gilin daşınmasına rəhbərlik edən şəxsin Abşeron rayon sakini Nəbi Vəlizadə olduğu müəyyən edilib. Faktla bağlı akt tərtib edilib və təbiətə 12 221 manat məbləğində ziyan dəydiyi məlum olub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Abşeron rayon Prokurorluğuna göndərilib.




Xəbər - 23 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv