Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
SİYASƏT

BMT TŞ İranın raket sınaqlarını müzakirə edəcək

<b>BMT TŞ İranın raket sınaqlarını müzakirə edəcək</b>

BMT Təhlükəsizlik Şurası Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə İranın raket sınaqlarına dair qapalı məsləhətləşmələr keçirəcək

Tredn-in məlumatına görə, bu barədə "TASS"a Fransanın BMT yanında daimi nümayəndəliyinin nümayəndəsi Aleksis Modjaski bildirib.
A.Modjaski deyib: "İranın ballistik sınaqları üzrə məsləhətləşmələr sabah qapalı formatda keçiriləcək".
BMT Təhlükəsizlik Şurasının səhər iclası Nyu-York vaxtı ilə saat 10:00-da başlıyır.
Qeyd edək ki, dekabrın 2-si ABŞ dövlət katibi Mayk Pompeo İranı BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozmaqla orta mənzilli ballistik raketi sınaqdan keçirməkdə ittiham edib: "İran indicə bir neçə böyüş başlığı daşıya bilən orta mənzilli ballistik raketi sınaqdan keçirib. Bu raketlə Avropanın bəzi hissələrinə və Yaxın Şərqin hər yerinə zərbə endirmək olar. Orta mənzilli ballistik raketi sınaqdan keçirilməsi BMT Təhlükəsizlik Şurasının 2231 qətnaməsini pozur".
Onun sözlərinə görə, ABŞ "bu cür hərəkətləri pisləyir və nüvə silahının çatdırılması üçün nəzərdə tutulan ballistik raketlərlə bağlı bütün əməliyyatları dərhal dayandırmağa çağırır İran".




Xəbər - 48 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv