Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
İQTİSADİYYAT

Azərbaycanın ilk rəsmi Ünvan portalı istifadəyə verilib

<b>Azərbaycanın ilk rəsmi Ünvan portalı istifadəyə verilib</b>

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycanın ilk rəsmi Ünvan portalı istifadəyə verilib

Komitədən Trend-ə verilən məlumata görə, məqsəd ünvan tapmaq işini daha da sadələşdirmək, respublika üzrə ünvan məlumatları bir virtual mərkəzdə toplanılması, ünvanların elektron idarə edilməsinə nail olmaqdır.
Bu məqsədlə komitə dekabrın 6-da geniş ictimai təqdimat keçirəcək.
Tədbirdə dövlət qurumlarının, ictimai təşkilatların, naviqasiya şirkətlərinin nümayəndələrinin, əmlak və nəqliyyat ekspertlərinin iştirakı nəzərdə tutulur.
Tədbirin məqsədi ünvan məsələləri ilə bağlı bütün göstəriciləri bir virtual platformada cəmləşdirən Ünvan portalının istifadə qaydaları, üstünlükləri ilə bağlı ətraflı məlumat vermək, o cümlədən vətəndaşlara, dövlət qurumlarına, bələdiyyələrə verəcəyi faydanı izah etməkdir.




Xəbər - 32 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv