Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
İQTİSADİYYAT

Bu ilin noyabrında 1,965 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib

<b>Bu ilin noyabrında 1,965 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib</b>

2018-ci ilin noyabr ayında “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,965 milyard kilovat-saat təşkil edib

ASC-dən verilən məlumata görə, 2017-cı ilin noyabr ayında bu rəqəm 1,730 milyard kilovat-saat olub.
Ölkə enerjisisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi carı ilin müvafiq dövrü ərzində qarşılıqlı şəkildə həyata keçirilib.
Qeyd edək ki, hazırda energetika sektorunun əsas subyektlərindən olan “Azərenerji” ASC qarşısında müəyyən edilən yeni prioritetlər və hədəflər əsasında “Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədilə işlənib hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planı” çərçivəsində aparılan fundamental yenidənqurma tədbirləri və genişmiqyaslı müasirləşdirmə prosesi sürətlə davam etdirilir.




Xəbər - 44 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv