Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
İQTİSADİYYAT

SOCAR modernizasiya proqramı üçün “Honeywell” texnologiyasını seçib

<b>SOCAR modernizasiya proqramı üçün “Honeywell” texnologiyasını seçib</b>

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yüksək keyfiyyətli hidrogen təchizatı üçün qısadövriyyəli adsorbsiyaya əsaslanan (PSA) Honeywell UOP texnologiyasından istifadə edəcək

Bu barədə SOCAR-dan məlumat verilib.
Məlumdur ki, neftin təmizlənməsi və tam yanan yanacaqların, o cümlədən Avro-5 standartlarına uyğun yanacaqların istehsalında katalitik proseslərə şərait yaradılması üçün istifadə olunan təmiz hidrogen emal prosesində mühüm rola malikdir. Yeni PSA texnologiyası Azərbaycanda Avro-5 standartlı yanacaqlara artan tələbatın ödənilməsinə kömək edəcək.
“Honeywell UOP” şirkətinin Avropa, Afrika və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Naycel Orçard deyib: “Honeywell UOP” hidrogen texnologiyası SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirdiyi modernizasiya proqramının əsas elementidir. Bu proqram SOCAR-a regionun ən qabaqcıl emalçılarından biri olaraq qalmaqda kömək edəcək, ətraf mühitin qorunmasına və Azərbaycanda həyat səviyyəsinin daha da yüksəldilməsinə töhfə verəcək”.
“Honeywell UOP” SOCAR-ın neft emalı zavodunu iki PSA qurğusu ilə təchiz edəcək. Hər iki qurğuya “Honeywell Process Solutions C300” sistemləri vasitəsilə nəzarət olunacaq.
Modernizasiya prosesi başa çatdıqdan sonra neft emalı zavodunda hər il yerli yataqlardan, o cümlədən Neft Daşları, Suraxanı və Şirvan yataqlarından hasil olunmuş 7,5-8 milyon ton xam neftin emalı mümkün olacaq. Avro-5 standartlarına uyğun benzin, təyyarə yanacağı və asfalt istehsalının effektivliyi artacaq.
“Hidrogen emal prosesinin yan məhsuludur və məqsədli şəkildə metanın buxar riforminqindən alınır. "Honeywell UOP" texnologiyası hidrogeni təmizləyir, təmizlənmiş hidrogen çirkli maddələrin kənarlaşdırılması və xam nefti təmiz yanacağa və digər məhsullara ayıran katalitik prosesin aparılması üçün yenidən emal qurğusuna ötürülür”, - Orçard deyib.
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu 1953-cü ildə keçmiş SSRİ Neft Nazirliyi tərəfindən yaradılıb. 1980-ci ildə UOP neftayrıma zavodunda ilk katalitik riforminq qurğusunu qurdu və bununla da bütün Sovet İttifaqında yüksək oktanlı benzin istehsalına doğru mühüm addım atıldı. Zavod 2003-cü ildə, 50-ci ildönümündə Heydər Əliyevin şərəfinə adlandırılıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, neft, qaz və kondensatın hasilatı, emalı və nəqli ilə məşğul olur, neft və neft-kimya məhsullarını yerli və beynəlxalq bazarlara çıxarır, müxtəlif ölkələrin bazarlarında sənaye və əhalini təbii qazla təmin edir.
"Honeywell UOP" (www.uop.com) emal texnologiyası, katalizatorlar, adsorbentlər, avadanlıq təchizatı və lisenziyası ilə məşğul olur və bu sahədə liderdir. Şirkət eyni zamanda neft email, neft-kimya və qaz emalı sənayelərində konsaltinq xidməti ilə də məşğul olur. "Honeywell UOP" şirkəti “Honeywell’s Performance Materials and Technologies” strateji biznes qrupunun bir hissəsidir, neft-qaz, emal, neft-kimya, kimya və digər sənaye sahələrində avtomatlaşdırmanın pioneridir. (www.honeywellprocess.com)
"Honeywell" (www.honeywell.com) “Fortune” jurnalı tərəfindən müəyyən olunmuş 100 proqram təminatı və sənaye şirkətlərinin sırasına daxildir. Sənayeni spesifik həll vasitələri, o cümlədən aerokosmik və avtomexanik məhsullar və xidmətlər ilə təchiz edir; binaları, evləri və sənayeni nəzarət texnologiyaları ilə təchiz edir; qlobal miqyasda müxtəlif avadanlıqların və materialların təchizatı ilə məşğul olur. Şirkətin texnologiyaları təyyarələrdə, avtomobillərdə, evlərdə və binalarda, zavod və fabriklərdə, təchizat zəncirlərində istifadə olunur.
Daha ətraflı məlumat üçün www.honeywell.com/newsroom




Xəbər - 21 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv