Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
HADİSƏ

Azərbaycana heroin gətirən əcnəbi vətəndaş saxlanılıb

<b>Azərbaycana heroin gətirən əcnəbi vətəndaş saxlanılıb</b>

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından (İİR) ölkəmizə gələn İİR vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb

Dövlət Gömrük Komitəsindən verilən məlumatına görə, yoxlama zamanı onun daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından vətəndaş Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəstəxanada rentgenoloji müayinə zamanı onun daxili orqanı - düz bağırsağında şübhəli cizgilər müşahidə edilib. Nəticədə vətəndaşın düz bağırsağında 4 ədəd bükümdə, çəkisi 200 qram olan narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağla araşdırma aparılır.




Xəbər - 22 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv