Son xəbərlər
22 MAY
21 MAY
MƏDƏNİYYƏT

Cəfər Cabbarlının ömür yolu ekranlaşdırılır

<b>Cəfər Cabbarlının ömür yolu ekranlaşdırılır</b>

Görkəmli dramaturq Cəfər Cabbarlının həyatından və istiqlalçı fəaliyyətindən bəhs edən filmin çəkilişlərinə başlanılıb

AZƏRTAC xəbər verir ki, “ARB Aranfilm” Yaradıcılıq Mərkəzi tərəfindən ekranlaşdırılan film C.Cabbarlının Rusiya imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti və sovet hakimiyyəti dövründə ədəbi və siyasi proseslərdə fəal iştirakından bəhs olunur.
Filmin rejissoru Babək Abbaszadə, operatoru Rafiq Əliyev, məsləhətçisi professor Asif Rüstəmli, icraçı prodüseri Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir. Ekran əsərində Cəfər Cabbarlı rolunu aktyor Şəmistan Süleymanlı ifa edir.
Qeyd edək ki, filmin ədibin 120 illik yubileyi ərəfəsində təqdim olunması planlaşdırılır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv