Son xəbərlər
18 YANVAR
17 YANVAR
16 YANVAR
TÜRK DÜNYASI

Külək yenə dənizi “coşdurdu“ - Türkiyədə reyslər təxirə salınır

<b>Külək yenə dənizi “coşdurdu“ - Türkiyədə reyslər təxirə salınır</b>

İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınıb

Trend-in məlumatına görə, reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər.
Reyslərin təxirə salınmasına səbəb İstanbul akvatoriyasında güclü külək və leysan xarakterli yağışın olmasıdır, dənizdə hündür dalğaların da müşahidə olunduğu bildirilir.
Qeyri-sabit hava şəraitinin həftənin sonuna qədər davam edəcəyi proqnozlaşdırılıb.
Bildirilir ki, reyslərdə yaranmış bu fasilə ilə əlaqədar "Marmara" tuneli gücləndirilmiş iş rejiminə keçib.
Bundan başqa, Bursada da dəniz reysləri eyni səbəbdən dayandırılıb.
Xatırladaq ki, ötən il dekabrın 19-da İstanbul akvatoriyasında güclü külək Bəylikdüzü rayonunda bir sıra ofislərin subasmaya məruz qoymuşdu.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv