Son xəbərlər
26 MART
19 MART
18 MART
17 MART
16 MART
15 MART
SİYASƏT

“Onlar kimi tənqid etdiklərini bilməlidirlər”

<font color=red><b>“Onlar kimi tənqid etdiklərini bilməlidirlər” </b></font>

Qüdrət Həsənquliyev: “Kamal Abdullanın bütün çətinlikləri dəf edəcəyinə inanıram”

Bir neçə gündür ki, Azərbaycan Dillər Universittinin rektoru, akademik Kamal Abdulla ilə bağlı bəzi media orqanı və sosial şəbəkələrdə tənqidi fikirlər səslənməkdədir.
Məsələ ilə bağlı açıqlama verən millət vəkili Qüdrət Həsənquliyev sağlam, əsaslı tənqidə normal yanaşdığını bildirsə də, akademik Kamal Abdulla ilə bağlı səsləndirilən tənqidlərdə qərəz notlarının açıq şəkildə göründüyünə diqqət çəkdi:
“Kamal Abdulla tanınmış yazar, yaxşı inzibatçı və ziyalı alim kimi Azərbaycanda hörmət edilən şəxslərdən biridir.Bu yaxınlarda onun “Yarımçıq əlyazma” romanı Birləşmiş Krallığın Oxu üzrə Dünya Kitab Klubunda müzakirə edilib. Bu hər bir azərbaycanlını məmnun edən ilk hadisə idi ki, Azərbaycan ədəbiyyatından əsər seçilmişdi. Onun rektor kimi ADU-da tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlər təqdir olunmalıdır. Ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələri yaxından izləyən şəxs kimi deyə bilərəm ki, Kamal müəllim rektor təyin olunandan sonra ADU həm qurulan beynəlxalaq əlaqələri ilə, həm də keçirilən elmi və ictimai tədbirlələrlə ictimaiyyətin diqqətin cəlb etməkdədir.
Əlbəttə, iş olan yerdə səhvlərin də olması mümkündür. Heç kim səhvlərdən sığortalanmayıb və tənqiddən kənarda qala bilməz. Amma tənqid də gərək əsaslı olsu. Əgər kimsə deyirsə ki, Universitetin əksər məzunları ingiliscə danışa bilmir və o dediklərində haqlıdırsa deməli, tədrisin keyfiyyətinin artırılması üçün ciddi işlər görülməlidir. Hansı ki, Kamal Abdulla da bu işlə məşğuldur. Ona görə onu tənqid edənlər kimi tənqid etdiklərinin fərqində olmalı və çalışmalıdırlar ki, qərəzli görsənməsinlər. Tənqid gözdən salma xarakterli olmamalı, problemlərin həllinə kömək etməlidir.Yeniliklər hər bir sahədə müqavimətlə üzləşir. Kamal müəllim bunu bildiyindən ümid edirəm, o, bütün çətinlikləri dəf edəcək və Prezidentin ona verdiyi dəstəkdən yararlanıb ADU-nu yaxşı mütəxəssislər hazırlayan yüksək reytinqli universitetlərdən birinə çevirəcəkdir”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv