Son xəbərlər
18 YANVAR
17 YANVAR
16 YANVAR
SOSİAL

Azərbaycan Universiteti 2019-cu ildə 5 elmi konfrans keçirəcək

<b>Azərbaycan Universiteti 2019-cu ildə 5 elmi konfrans keçirəcək</b>

Azərbaycan Universitetinin professor-müəllim heyəti tərəfindən 2018-ci ildə uğurlu elmi-tədqiqat işlərinə imza atılıb, tədqiqatyönümlü ali təhsil müəssisəsi statusuna nail olunması yolunda həyata keçirilən genişmiqyaslı işlər uğurla davam etdirilib, bu sahədə ciddi irəliləyişlərə nail olunub

Paralel olaraq Universitetin beynəlxalq elmi nüfuzunun artırılması istiqamətində məqsədyönlü və ardıcıl iş aparılıb.
Universitetdən Trend-ə verilən məlumata görə, görülən işlərin məntiqi davamı olaraq 2019-cu il ərzində 2-si beynəlxalq, 3-ü isə Respublika miqyaslı olmaqla 5 elmi konfransın keçirilməsi planlaşdırılır. 15 mart 2019-cu il tarixində keçiriləcək “Gənc tədqiqatçıların II Respublika elmi-praktik konfransı”nın məqsədi ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaqdır.
Azərbaycan Universiteti 25-27 aprel 2019-cu il tarixlərində “V Avropa İqtisadi Konqresi”nə evsahibliyi edəcək. Azərbaycan Universiteti, Türkiyənin Kocaeli Universiteti və Polşanın WSB Universiteti ilə birgə keçiriləcək beynəlxalq tədbirin işində iqtisadiyyat sahəsində dünyanın müxtəlif ölkələrini təmsil edən nüfuzlu alimlərin iştirakı gözlənilir.
Konqresdə Azərbaycan iqtisadiyyatının aktual problemləri, dünya iqtisadi mühitinə inteqrasiya məsələləri müzakirə ediləcəkdir. Sevindirici haldır ki, konqresin tanınmış alimlərdən ibarət olan Beynəlxalq Elm və Təşkilat komitələrinə Azərbaycanlı alimlər də daxil edilib.
Qeyd etmək lazımdır ki, bu seriyadan olan əvvəlki tədbir 15-17 noyabr 2018-ci il tarixlərində Türkiyənin Kocaeli şəhərində keçirilib. Nüfuzlu beynəlxalq tədbirdə 16 ölkədən 130 tədqiqatçı iştirak edib. Müasir iqtisadiyyatın aktual problemlərinə həsr edilmiş 80 məruzə dinlənilib və bu istiqamətdə təşkil edilən sessiyalarda müzakirələr aparılıb. Konqresin əvvəlki sayları isə dünyanın müxtəlif ölkələrində təşkil olunub və dünya alimlərinin diqqətini ciddi elmi tədbir kimi cəlb edib.
Son zamanlar Azərbaycan təhsil sistemi yeni çağırışlar qarşısındadır. İqtisadiyyatın xammal sahəsindən insan kapitalı sahəsinə köçürülməsi tendensiyası, bu siyasətə uyğun müasir mütəxəssislərin yetişdirilməsini aktual edir ki, bu məsələ də təhsil sisteminin qarşısına yeni vəzifələr qoyur. Bu günlərdə ölkə rəhbərinin təhsilin beynəlmilləşdirilməsi ilə bağlı fərmanı da məhz bu milli layihənin reallaşdırılması məqsədi daşıyır. Odur ki, müasir təhsilimiz, onun porblemləri və inkişaf perspektivləri ilə bağlı məsələlərin araşdırılmasına, onların həlli üçün elmi metodların işlənib hazırlanmasına ciddi ehtiyac yaranıb. “Azərbaycan ali təhsilinə beynəlxalq prizmadan baxış: Problemlər və perspektivlər” respublika konfransının məqsədi məhz bu məsələlərin müzakirəsi üçün elmi platforma təqdim etməkdir. May ayında keçiriləcək tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunur.
Son zamanlar dünyada gedən bir sıra siyasi, iqtisadi, sosial proseslər hər bir ölkənin qarşısına konkret inkişaf strategiyaları seçmək və onları həyata keçirmək mexanizmlərini işləyib hazırlamaq kimi tələblər qoyur. Bundan çıxış edərək Azərbaycan dövləti ölkə iqtisadiyyatına baxış bucağını dəyişmək, xammal iqtisadiyyatından yeni, müasir texnologiyalara əsaslanan iqtisadi münasibətlər sisteminə keçmək strategiyasını qəbul edib. Bu strategiyanın tətbiqi son nəticədə ölkəmizin davamlı iqtisadi və sosial inkişafına səbəb olmalı, Azərbaycan xalqının maddi rifahının yüksəldilməsinə gətirib çıxarmalıdır.
Bütün bunların reallaşmasına ölkənin elmi potensialının da cəlb olunması zəruridir. Çünki müasir şəraitdə qəbul edilən hər bir qərar elmi olaraq əsaslandırılmalı, ən müasir texnologiyaların tətbiqi ilə reallaşdırılmalıdır. Bütün bunları nəzərə alaraq Azərbaycan Universiteti oktyabr ayında “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” mövzusunda respublika konfransı keçirməyi planlaşdırır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunan konfransa bir sıra tanınmış xarici mütəxəssisin də dəvət edilməsi, davamlı inkişaf strategiyalarının müzakirəsi, bu istiqamətdə humanitar elmlərin qarşısında duran problemlərin araşdırılması və uyğun təkliflərin hazırlanması nəzərdə tutulur.
2019-cu ilin son konfransı isə “Gender problemi və müasir Azərbaycan” olacaq. 2017 və 2018-ci illərdə respublika miqyasında keçirilən tədbirin bu ildən başlayaraq beynəlxalq statusda təşkil olunması nəzərdə tutulur. Konfransa göstərilən maraq və diqqət bu qərarın alınmasına öz təsirini göstərib. İki konfransın təcrübəsi göstərdi ki, bu sahəyə maraq böyükdür və mütəxəssislərin müzakirə etmək üçün xeyli ideya və yanaşmaları mövcuddur.
Noyabr ayında keçiriləcək tədbirin əsas məqsədi Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək, bu sahədə ölkədə əldə edilən uğurları beynəlxalq təcrübə ilə müqayisə etməkdən ibarətdir. Konfransın işində ali təhsil müəssisələrinin, AMEA-nın uyğun profilli institutlarının, bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, mətbuatın, səfirliklərin nümayəndələrinin iştirakı planlaşdırılır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv