Son xəbərlər
19 MART
18 MART
17 MART
16 MART
15 MART
SİYASƏT

Mübariz Qurbanlı: Radikal dini qruplar ictimai-siyasi sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhdlər edirlər

<b>Mübariz Qurbanlı: Radikal dini qruplar ictimai-siyasi sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhdlər edirlər</b>

Son dövrdə radikal dini qruplar ayrı-ayrı ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhdlər edirlər

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, bəzi ölkələrdə hətta buna nail də olublar: "Biz bunu Suriyanın, İraqın, Əfqanıstanın və digər ölkələrin timsalında görə bilərik. Radikal dini qruplar olduqca təhlükəlidir. Ona görə də buna qarşı ciddi qabaqlayıcı tədbirlər görülməlidir. Ölkədə bununla əlaqədar müvafiq dövlət orqanları lazımi addımlar atırlar".
M.Qurbanlı qeyd edib ki, radikalizmlə bağlı çəkilən filmlərlə ölkədəki dini durum, dövlət-din münasibətləri, radikal dini qruplar barədə daha dolğun məlumatları ictimaiyyətə, xüsusilə də gənclərə çatdırmaq olar.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv