Son xəbərlər
18 YANVAR
17 YANVAR
16 YANVAR
MƏDƏNİYYƏT

Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzi və İncəsənət Qalereyası yaradılır

<b>Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzi və İncəsənət Qalereyası yaradılır</b>

Ukraynanın Xarkov şəhərində Azərbaycanın Ukraynadakı səfirliyinin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzi, İncəsənət Qalereyası və Heykəl Parkının açılışı üçün işlər yekunlaşıb

Bu barədə Trend-ə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.
Xarkovun mərkəzində yerləşəcək Azərbaycan Mədəniyyət Mərkəzi, İncəsənət Qalereyası və Heykəl Parkının açılışı yaz aylarında planlaşdırılır.
Bu layihənin reallaşması səfirliyin dəstəyi və təşəbbüsü ilə Ukraynanın Xalq rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiri Seyfəddin Qurbanov tərəfindən həyata keçirilib
Azərbaycan Mədəniyyət Mərkəzinin və İncəsənət Qalereyasının əsas məqsədi Azərbaycan mədəniyyətini və sənətini təbliğ etmək, mədəni irsin qorunması, istedadlı uşaqların inkişafı və dəstəklənməsi, Ukraynanın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və təkmilləşdirilməsi, humanitar aksiyaların həyata keçirilməsi və xeyriyyə fəaliyyətinin təbliği məqsədilə milli, regional və yerli proqramların həyata keçirilməsinə kömək etməkdir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv