Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
MƏDƏNİYYƏT

“Nəsimi İli” böyük mütəfəkkirin irisinin xalqımızın mənəviyyat xəzinəsində layiqli yer tutmasını təbliğ edəcək

<b>“Nəsimi İli” böyük mütəfəkkirin irisinin xalqımızın mənəviyyat xəzinəsində layiqli yer tutmasını təbliğ edəcək</b>

Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq, “Nəsimi ili” elan edilməsi olduqca təqdirəlayiq haldır.
Bu sözləri AZƏRTAC-a Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev deyib.
“Bir incəsənət xadimi kimi bu qərarı ölkə başçısının milli dəyərlərimizə göstərdiyi böyük diqqətin təzahürü hesab edirəm. Eyni zamanda, “Nəsimi ili” ölkə prezidentinin, yaradıcılığa, ədəbiyyata, Azərbaycan mədəniyyətinə verdiyi dəyərin növbəti göstəricisi və nümunəsidir. Nəsimi ruhunun mübarizliyi, haqqı bütün varlığı ilə müdafiə etməsi, ilk növbədə, gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsinə öz müsbət təsirini göstərəcək”, - deyə H.Quliyev bildirib.
O əlavə edib ki, dövlət başçısının bu qərarı mənəviyyatımıza, şeirə, sənətə, onların inkişafına ölkəmizdə nə qədər böyük diqqət göstərildiyinin bir daha əyani sübutudur: “Bu böyük mütəffəkkirin 650 illiyinin keçirilməsi haqqında Sərəncam və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi böyük ədibin yaradıcılığının çox ciddi şəkildə öyrənilməsi, araşdırılması, təbliğ edilməsi istiqamətində də böyük işlər görəcək. Nəsimi irsinin xalqımızın mənəviyyat xəzinəsində layiqli yerini tutması dünya çapında geniş şəkildə təbliğ olunacaq”.