Son xəbərlər
24 MAY
23 MAY
MƏDƏNİYYƏT

Azərbaycan, İran və Türkiyə birgə seriallar çəkəcək

<b>Azərbaycan, İran və Türkiyə birgə seriallar çəkəcək</b>

İran, Azərbaycan və Türkiyə birgə seriallar çəkəcək

Bunu Trend-ə müsahibəsində İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.
Səfir qeyd edib ki, İran və Azərbaycan arasında birgə film çəkilişi də nəzərdə tutulur: "Eyni zamanda, İran, Azərbaycan və Türkiyə arasında tanınmış aktyorların iştirakı ilə birgə seriallar çəkiləcək. Azərbaycan tərəfi bu məsələ ilə bağlı razılığını verib və müvafiq işlər aparılır".
İki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıqdan danışan diplomat bildirib ki, 2018-ci ilin iyun ayında İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi Azərbaycana səfər edib:
"Həm Bakıda, həm də Gəncədə İran mədəniyyəti günləri keçirilib. İranın aparıcı kinorejissorlarından biri Məcid Məcidi Azərbaycana gəlib, Azərbaycanın kino sahəsinin mütəxəssisləri ilə görüşləri olub. Bundan başqa, Fərabi Kino Fondunun icraçı direktoru Əlirza Tabeş də Azərbaycana səfər edib, görüşlər keçirib, kino sahəsində müqavilələr imzalanıb. Həmçinin İranın teatr, xalça, musiqi, rəssamlıq və xəttatlıq sahələrində fəaliyyət göstərən tanınmış şəxsləri Azərbaycana gəliblər".