Son xəbərlər
22 MAY
21 MAY
TÜRK DÜNYASI

Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanılıb

<b>Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanılıb</b>

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı üzrə yeni qaydaların tətbiqinə başlayıb

Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindənAZƏRTAC-a bildiriblər ki, agentliyin vəsaiti hesabına kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib. Satış Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Fərmanı ilə təsdiqlənmiş yeni qaydalara uyğun aparılıb.
Kənd təsərrüfatı müəssisəsi gömrük dəyəri 172 min manat olan texnikanı təchizatçıdan 68 min 800 manata, yəni dəyərinin 40 faizi güzəşt olunmaqla əldə edib. Müəssisə satış məbləğinin 20 faizi həcmində ilkin ödəniş həyata keçirib. Alıcı satış məbləğinin qalan hissəsini təchizatçıya agentliyin vəsaiti hesabına müvəkkil kredit təşkilatından götürdüyü güzəştli kreditlə ödəyib. Texnika alıcısı krediti 5 il müddətinə faizsiz olaraq geri qaytaracaq. Kreditin faizləri isə AKİA tərəfindən aybaay müvəkkil kredit təşkilatına ödənəcək.
Ölkə Prezidentinin Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydası"na görə, kənd təsərrüfatı texnikalarının və damazlıq heyvanların güzəştli şərtlərlə satışını artıq AKİA həyata keçirir. Həmin Fərmanadək bu səlahiyyətlər Kənd Təsərrüfatı Nazirliyinin digər tabeli qurumu olan “Aqrolizinq” ASC-də idi.
Yeni qaydalara uyğun olaraq, kənd təsərrüfatı texnikası və damazlıq heyvanların güzəştli şərtlərlə, güzəştli kredit vəsaitindən istifadə ilə istədiyi təchizatçıdan istədiyi müvəkkil kredit təşkilatı vasitəsilə ala bilər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv