Son xəbərlər
22 MAY
21 MAY
TÜRK DÜNYASI

Türkiyədə indiyədək görünməmiş miqdarda heroin müsadirə edilib

<b>Türkiyədə indiyədək görünməmiş miqdarda heroin müsadirə edilib</b>

Türkiyənin Ərzurum şəhərində bu ölkənin narkotik qaçaqmalçılığı ilə mübarizə tarixində indiyədək görülməmiş miqdarda - 1,5 ton heroin müsadirə edilib

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Ərzurum valiliyindən verilən məlumata görə, ümumi çəkisi 1 ton 535 kq olan heroin ağırtonnajlı yük avtomobilindəki mərmər lövhələrin arasında gizlədilib. Valiliyin bəyanatında qeyd olunub ki, bu ölkədə narkotiklərlə mübarizə tarixində həyata keçirilən ən böyük əməliyyat olub. Narkotik daşıyan yük maşınının İrandan Türkiyə ərazisinə daxil olduqları bildirilir. Avtomobilin sürücüsünün İstanbuldakı narkotik şəbəkəsi ilə əlaqəli olduğu da müəyyən olunub.
Türkiyə polisinin məlumatına görə, ötən il keçirilmiş bir neçə əməliyyat nəticəsində 17,3 ton heroin müsadirə edilib və 1500 nəfər şübhəli həbs olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv