Son xəbərlər
18 APREL
17 APREL
16 APREL
MƏDƏNİYYƏT

“Kişi Ol” filminin möhtəşəm qala-gecəsi keçirildi – VİDEO

<b>“Kişi Ol” filminin möhtəşəm qala-gecəsi keçirildi – VİDEO</b>

Xəzər Media Centerdə “Kişi Ol” filminin qala-gecəsi uğurla baş tutub

Premyerada tanınmış simalar, televiziya, şou-biznes, KİV nümayəndələri, incəsənət xadimləri,
blogerlər və başqaları iştirak ediblər.
"Kişi Ol” filmi bir neçə mövzunu bir xarakter ətrafında birləşdirir. Bu xarakter isə yazıları ilə
Mətbuat Şurasının və həmkarlarının hörmətini qazanmış Jurnalist Mübarizdir. Bir biznesmen
tərəfindən təhdid olunan Mübariz bir məqaləni yazmamalıdır, yazarsa da ailəsini itirməlidir.
Mübariz bu vəziyyətdən necə çıxacaq?
Təqdimatda çıxış edən qonaqlar filmin beynəlxalq müsabiqələr üçün də bir tapıntı olacağını
söyləyiblər.
“Kişi ol”un ssenari müəllifi və rejissoru sevilən və reytinqli serialların ssenari müəllifi, aktyor – Valeh Əhmədov, quruluşçu operator – Əhməd Barasov, montaj – Elgün Xeyrullayev, Vaqif
Əhmədov, quruluşçu rəssam – İlqar Qurbanovdur.
Filmdə Xalq artistləri Həmidə Ömərova, Qurban İsmayılov, tanınmış aktyorlar Tural Baxış,
Fəridə Şahbazova, Kamil Nazim, Aysel Nasir, Xatirə Süleymanova, Flora Hüseynli, Vaqif
Kərimov, Elvin Ağayev, Elsevər Mehdizadə, Sənan Əlləz, Əli Əlizadə, Cavanşir Məhərrəmov,
Namiq Məna, Erkin Ergin, Sabir Samiroğlu, Namis Şirməmmədov və digərləri rol alıblar.
Filmin təqdimatından sonra Valeh Əhmədov , izləyicilərə təşəkkür edib. Filmin ərsəyə gəlməsində ona dəstək olan hər kəsə minnətdar olduğunu bildirib . Sualları cavablandırarkə filmi öz maddi vəsaiti hesabina çəkdiyini vurğulayıb.
"Azərbaycan tamaşaçısına inaniram, amma film üçün qoyduğum pul batsa da Azərbaycan kinosuna qurban olsun" - Valeh Əhmədov fikirlərini belə tamamlayib.
“Kişi Ol” filmi yanvarın – 26 dan bütün Park Cinema kinoteatrlarında nümayiş olunacaq.
Park Cinema – Azərbaycan müasir çoxlu sayda zalları olan kinoteatrların şəbəkəsidir. Bu gün
şəbəkəyə ParkBulvar, MetroPark, ZaqulbaMall, FlameTowers əyləncə mərkəzələrində yerləşən bir neçə kinoteatr daxildir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv