Son xəbərlər
19 APREL
18 APREL
17 APREL
MEDİA

Azərbaycanlı jurnalist İtaliya mətbuatında Xocalıdan yazdı

<b>Azərbaycanlı jurnalist İtaliya mətbuatında Xocalıdan yazdı</b>

Azərbaycanlı jurnalist Cavid Şahverdiyevin İtaliyanın tanınmış www.riverflash.it saytında Xocalı soyqırımı ilə bağlı geniş yazısı dərc edilib

Yazıda Ermənistan ordusunun rus əsgərləri ilə birlikdə 1992-ci il 25-26 fevral tarixlərində Xocalıda törətdikləri vəhşiliklərdən bəhs edilib. Xocalıda vəhşiliklə qətlə yerilən, itkin düşən, əsir götürülən və yaralanan soydaşlarımızla bağlı statistik rəqəmlər göstərilməklə yanaşı, öz kitabını qardaşı və terrorçu Monte Melkonyana həsr etmiş Markar Melkonyan adlı erməni müəllifinin dəhşətli etirafları da yer alıb.
Yazı da həmçinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etdirdiyi, işal etdiyi ərazilərdən çıxmadığı, əksinə hər gün atəşkəs rejimini pozduğu və hətta mülki azərbaycanlıları güllələdiyini də göstərilib.
Qeyd olunub ki, hər il bütün dünya azərbaycanlıları bu qırğını anır və 27 il əvvəlki dəhşətli gecədə baş verənlər barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaqda davam edir. "Xocalıya ədalət!" Beynəlxalq kampaniyası səviyyəsində dünya ictimaiyyəti Xocalıda törədilən erməni vəhşilikləri ilə tanış olur. Vurğulanır ki, Ermənistan tərəfindən törədilmiş Xocalı hadisələri və digər cinayətlər bəşəriyyətə qarşı cinayət kimi hesab edilməlidir və bu cinayətlər beynəlxalq ictimaiyyət tərəfindən siyasi və hüquqi qiymət almalıdır. BMT Təhlükəsizlik Şurasının işğal olunan Azərbaycan ərazilərindən Ermənistan Silahlı dəstələrin çıxarılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməməsi, eyni zamanda Qərb və bir neçə beynəlzalq təşkilatların ermənilərin işğalçılıq siyasətinə göz yumması da azərbaycanlı jurnalistin yazısında qeyd edilib.

http://www.riverflash.it/wordpress/per-non-dimenticare-il-massacro-di-khojaly-nella-notte-tra-il-25-e-il-26-febbraio-1992/


photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv