Son xəbərlər
19 FEVRAL
18 FEVRAL
17 FEVRAL
16 FEVRAL
15 FEVRAL
14 FEVRAL
SOSİAL

Gündüz İsmayılov: Qərbdən və Şərqdən gələn təsirlərə qarşı mənəvi immunitetimiz olmalıdır

<b>Gündüz İsmayılov: Qərbdən və Şərqdən gələn təsirlərə qarşı mənəvi immunitetimiz olmalıdır</b>

Bu gün Azərbaycan gəncliyinə və ailəsinə qarşı iki istiqamətdə təsir var

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Yeni Azərbaycan Partiyasında keçirilən “Gənclər və ailə: ənənə və müasir baxış” adlı tədbirdə deyib.
G.İsmayılov bildirib ki, bu təsirlərdən biri Qərbdən gələn ultramüasirlik, digəri isə Şərqdən gələn ultradindarlıqdır:
“Mənim çalışdığım sahə Şərqdən gələn təsirlərlə bağlıdır. Təəssüf ki, o təsirlərin əsas hədəflərindən biri gənclikdir, ikincisi isə Azərbaycan ailəsidir. Hər bir xalqın özünəməxsus həyat tərzi, mədəniyyəti, adət-ənənələri var. Bu baxımdan bizim Şərqlə dinimiz eyni olsa da, mədəniyyətimiz fərqlidir. Biz ərəblərlə, Anadoludakı qardaşlarımızla, pakistanlı, malayziyalı, iranlı, ərəblərlə eyni dini paylaşırıq, ancaq mədəniyyətimiz eyni deyil. Çünki həyat tərzimiz fərqlidir”.
Komitə sədrinin müavini vurğulayıb ki, biz dinimizə sahib çıxa bilərik, amma bu, heç bir halda ərəbləşmə, farslaşma, Anadolu türkünə çevrilmə olmamalıdır, biz öz mədəniyyətimizə sahib çıxmalıyıq: “Eyni zamanda Qərbdən gələn təsir nəticəsində ingilisləşmə, fransızlaşma, amerikanlaşma kimi hallar olmamalıdır. Qərbdən və Şərqdən gələn bu kimi təsirlərə qarşı bizim mənəvi immunitetimiz olmalıdır”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv