Son xəbərlər
18 APREL
17 APREL
16 APREL
SOSİAL

Millət vəkili: Biz gənclərə deyirik ki, Avropadan yaxşı dəyərləri gətirin, amma qeyri-rəsmi nikahı gətirirlər

<b>Millət vəkili: Biz gənclərə deyirik ki, Avropadan yaxşı dəyərləri gətirin, amma qeyri-rəsmi nikahı gətirirlər</b>

Bu gün bir çox ailələr oğluna qız axtaranda onun az savadlı olmasını, evdən çıxmamasını istəyir. Amma bu, problemlər yaradır

Trend-in məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Yeni Azərbaycan Partiyasında keçirilən “Gənclər və ailə: ənənə və müasir baxış” adlı tədbirdə deyib.
A.Naxçıvanlı qeyd edib ki, hər bir ailə öz övladına yaxşı təhsil verməlidir: “Düzdür, bu gün bəziləri qıza elçi gələndə söz verirlər ki, onun işləməyinə icazə verəcəklər, amma dediklərinə əməl etmirlər. Bu, insani keyfiyyətlər kimi səciyyələndirilmir. Adətən ögey ata olan ailələrdə qızları başdan etmək üçün tez ərə verirlər".
Millət vəkili bildirib ki, qeyri-rəsmi nikahlar cəmiyyəti narahat edir: "Biz gənclərə deyirik ki, Avropadan yaxşı dəyərləri gətirin, amma qeyri-rəsmi nikahı gətirirlər. İnanmıram ki, təhsilli ailədə gənc hər hansı təsir altına düşsün və ailə probleminə barmaqarası baxsın. Bizim gənclər əziyyətə dözmək istəmirlər. Əvvəllər yeni ailələr qurulanda hər kəs onlara kömək edirdi. İndi gənclərin sosial-məişət problemlərinin həlli istiqamətindən tədbirlər görülür. Gənclərə tövsiyəm odur ki, ailə qurmamışdan öncə təhsil haqqında düşünsünlər. O zaman seçimləri də gözəl olacaq".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv