Son xəbərlər
19 FEVRAL
18 FEVRAL
17 FEVRAL
16 FEVRAL
15 FEVRAL
14 FEVRAL
HADİSƏ

Komitənin mövqeyi: Bərdədə küçəyə atılan uşaqlar məsuliyyətsiz anaya qaytarılmasın

<b>Komitənin mövqeyi: Bərdədə küçəyə atılan uşaqlar məsuliyyətsiz anaya qaytarılmasın</b>

Bərdədə ana tərəfindən küçəyə atılan uşaqların müvəqqəti olaraq uşaq evinə verilməsini istəyirik

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.
O bildirib ki, məsələ Komitənin nəzarətindədir: "Biz Bərdə Rayon İcra Hakimiyyəti nəzdindəki monitorinq komissiyasına da müraciət etmişik. Komitə olaraq mövqeyimiz belədir ki, uşaqlar məsuliyyətsiz anaya qaytarılmasın. Müvəqqəti olaraq uşaqlar dövlət müəssisəsində saxlanılmalıdır. Qadınla iş aparılandan sonra uşaqlar qaytarılmalıdır".
A.Sofiyeva Bakıda daha iki uşağın küçəyə atılması məsələsinə də diqqət çəkib: "Uşağı dünyaya gətirmək və onu küçəyə atmaq cinayətdir. Bu, valideyn məsuliyyətsizliyidir. Hər belə faktla komitə maraqlanır. Bizim tərəfimizdən lazımi tədbirlər görülür və hüquq-mühafizə orqanlarına müraciət olunur".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv