Son xəbərlər
19 FEVRAL
18 FEVRAL
17 FEVRAL
16 FEVRAL
15 FEVRAL
14 FEVRAL
İDMAN

“Azərbaycan diasporu Krasnoyarskda keçirləcək Qış Universiadası günlərində ölkəmizi layiqli şəkildə tanıdacaq”

<b>“Azərbaycan diasporu Krasnoyarskda keçirləcək Qış Universiadası günlərində ölkəmizi layiqli şəkildə tanıdacaq”</b>

Taleh Mahmudov: “Hazırda Krasnoyarskda universiada ab-havası yaşanır”

Xəbər verdiyimiz kimi, Beynəlxalq Tələbə İdman Federasiyasının qərarı ilə 2019-cu ilin 2-12 mart tarixlərində Dünya Qış Universiadası Rusiyanın Krasnoyarsk şəhərində keçiriləcək. Bu gün dövlət səviyyəsində Krasnoyarskda Dünya Qış Universiadasına hazırlıq işləri gedir. Bu bir dostluq, həmrəylik idman yarşıdır deyə, eyni zamanda Universiada çərçivəsində Krasnoyarskda yaşayan müxtəlif xalqların nümayəndələrinə tantım üçün şəhərcik ayrılıb. Hər bir xalqın mümayəndələri onlar üçün ayrılmış meydançada öz tarixlərini, mədəniyyətlərini və s. tanıdacaqlar. Krasnoyarskdakı Azərbaycan diasporu da bu baxımdan hazırlıq işlərinə başlayıb. Bununla bağlı Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, yerli “Azərbaycan milli-mədəni muxtariyyəti” adlı ictimai təşkilatın sədri Taleh Mahmudov “Palitra”ya özəl açıqlama verib. Taleh Mahmudov bildirib ki, 2012-ci yanvarın 9-da Rusiya Federasiyasının Prezidenti Viladimir Putinin göstərişi ilə “Dünya Qış Universiadası - 2019” oyunlarına hazırlıq üçün xüsusi tədbirlərin həyata keçirilməsinə başlanılıb: “Hazırda Krasnoyarskda universiada ab-havası yaşanır. Krasnoyarsk vilayətinin qubernatoru Aleksandr Uss, şəhərin meri Sergey Yeryomin və digər rəhbər şəxslər səviyyəsində bu universiadaya diqqət göstərilir. Universiadanın məşəli hələ ki, şəhərləri gəzdirilir. Fevralın 9-da məşəl Kansk şəhərində olacaq”.

“Universiada günlərində Krasnoyarskda Azərbaycanla bağlı xüsusi meydança olacaq”

Taleh Mahmudov deyib ki, Krasnoyarskda keçiriləcək Qış Universiadası zamanı Azərbaycan diasporunun görəcəyi işlər artıq müəyyənləşib: “Bu və digər məsələlərlə bağlı Krasnoyarskdakı azərbaycanlı aktiv soydaşlarımızla bir neçə dəfə toplantı keçirmişik. Müzakirələr əsasında görüləcək işlərə son qərar verilib. Universiada günlərində soydaşlarımız tərəfindən Azərbaycanın təbliğat aparılacaq. Belə ki, Azərbaycanla bağlı xüsusi meydança olacaq. Burada Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, milli geyimləri, musiqi alətləri və s. ilə bağlı təqdimatlar olacaq. Eyni zamanda meydançada Qız qalası və Azərbaycana aid digər tarixi, mədəni abidələrin simvolları nümayiş olunacaq.
Azərbaycanın Krasnoyarskda visit kartı olan "Odlar yurdu" ansamblının üzvləri milli rəqslərimizi ifa edəcəklər. Bununla yanaşı, Aqil Cəfərovun rəhbərliyi ilə tamaşaçılara milli rəqslərimizlə bağlı masterklaslar keçiriləcək. Onu da əlavə edim ki, Novruz çərşəmbələrindən biri Universiada günləri ilə üst-üstə düşür. Buna görə də meydaçada Novruz bayramının əlamətləri də canlandırılacaq”.
O qeyd edib ki, bu tədbirlərə Azərbaycan diasporu çox ciddi şəkildə hazırlaşır: “Demək olar ki, bütün aktivlərimiz bu məsələ ilə bağlı səfərbər olunublar. Çünki Universiada beynəlxalq tədbirdir. Burada dünyanın müxtəlif ölklərindən təxminən 3000 idmançının iştirakı gözlənilir. Həmin ərəfədə Krasnoyarskıya 10.000-dən çox qonaq gələcək. Biz də onlara ölkəmizi layiqli şəkildə tanıdacağıq”.

Krasnoyarskdakı azərbaycanlılar Xocalı faciəsi ilə də bağlı anım mərasimi keçirəcəklər

“Azərbaycan milli-mədəni muxtariyyəti”nin sədri görüləcək digər cari işlər haqda da məlumat verib. O deyib ki, yaxın günlərdə “Azərbaycan milli-mədəni muxtariyyəti”nin “anka-24.ru” adlı yeni saytın təqdimatı olacaq. Bu sayt Krasnoyarskda “Azərbaycan milli-mədəni muxtariyyəti”nin rəsmi saytıdır. Burada təşkilatla bağlı bütün məlumatlar yerləşdirilib”.
Taleh Mahmudov bildirib ki, Krasnoyarskdakı azərbaycanlılar Xocalı faciəsi ilə də bağlı anım mərasimi keçirəcəklər: “Anım mərasimi Krasnoyarskda Dostluq Evində keçiriləcək. Biz əvvəlki illərdə də belə tədbirlər etmişik. Bu tədbirdə digər vilayətlərdə yaşayan soydaşlarımız, eləcə də dövlət rəsmiləri də iştirak edəcəklər. Tədbirdə Xocalı şəhidləri yad olunacaq. Daha sonra Xocalı faciəsinə həsr olunmuş film nümayiş ediləcək”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv