Son xəbərlər
19 FEVRAL
18 FEVRAL
17 FEVRAL
16 FEVRAL
15 FEVRAL
14 FEVRAL
SİYASƏT

Ekspert: Qərbin bəzi təşkilatları siyasi alverlə məşğuldur

<b>Ekspert: Qərbin bəzi təşkilatları siyasi alverlə məşğuldur</b>

“Freedom House” təşkilatının hesabatı çox gülünc və mənasızdır. Ona görə də belə qurumların hesabatlarına ciddi baxmaq lazım deyil

Onların hazırladıqları sənədlərin hamısı qərəzlidir.
Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
V.Rəhimzadə bildirib ki, Qərbin bəzi təşkilatları siyasi alverlə məşğuldurlar: “Onlar “peşəkar” dələduzdurlar və maxinasiya ilə məşğuldurlar. Bu cür qurumlar qeyri-hökumət təşkilatı kimi insan hüquq və azadlıqları adı altında müxtəlif dövlətlərə təzyiq göstərmək, öz tələblərini diktə etmək niyyəti güdürlər. "Freedom House” təşkilatının hesabatı təəssüf doğuran bir sənəddir. Ermənistanın irəliyə getdiyini, Azərbaycan və Türkiyənin geridə qaldığını iddia etmək “tamaşaya qoyulacaq” səviyyədə anormal fikirdir. "Freedom House” ölkələrə öz siyasi maraqları çərçivəsində yanaşır. Ona görə də belə qurumların hesabatlarına ciddi baxmaq lazım deyil. Hazırladıqları sənədlərin hamısı qərəzlidir. Bu cür təşkilatların nəinki iki, hətta on üzü var”.
Ekspert qeyd edib ki, Ermənistan cinayətkar, terrorçu dövlətdir: “Ermənilər təkcə Azərbaycanda deyil, Gürcüstan, Türkiyə, Amerika və Avropada da terror hadisələri törədiblər. “ASALA” terror təşkilatının həyata keçirdiyi sui-qəsdlər, qətllər hamıya məlumdur. Belə bir dövləti inkişaf etmiş ölkələrdən öndə göstərmək çox gülünc və məntiqsiz yanaşmadır”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv