Son xəbərlər
19 FEVRAL
18 FEVRAL
17 FEVRAL
16 FEVRAL
15 FEVRAL
14 FEVRAL
İQTİSADİYYAT

Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası 2019-cu il üçün iri tədbirlər planı hazırlayıb

<b>Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası 2019-cu il üçün iri tədbirlər planı hazırlayıb</b>

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 2019-cu il üçün iri tədbirlər planı hazırlayıb

Trend-in məlumatına görə, bunu Konfederasiyanın rəhbəri Məmməd Musayev deyib.
Onun sözlərinə görə, təşkilatın əsas məqsədi dövlət və özəl sektorun tərəfdaşlığının genişləndirilməsidir:
“Tədbirlər planına regionlarda İqtisadiyyat Nazirliyi ilə birgə iş, eləcə də Kiçik və Orta Biznes obyektlərinin dəstəklənməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə iş daxil edilib. Məlum olduğu kimi, bizdə Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə Əməkdaşlıq Şurası fəaliyyət göstərir. Bizim planlarımıza şuranın fəallığının artırılması, o cümlədən beynəlxalq əməkdaşlığın genişləndirilməsi daxildir”.
M.Musayev əlavə edib ki, bu gün Azərbaycanda sahibkarlıq sahəsində 900 mindən çox hüquqi və fiziki şəxs qeydiyyata alınıb:
“Bu onu göstərir ki, bu gün sahibkarların qeydiyyata alınması proseduru çox az vaxt tələb edir”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv