Son xəbərlər
19 FEVRAL
18 FEVRAL
17 FEVRAL
16 FEVRAL
15 FEVRAL
14 FEVRAL
İDMAN

Cüdoçularımız Parisdə 2 medal qazanıblar

<b>Cüdoçularımız Parisdə 2 medal qazanıblar</b>

Fransanın paytaxtı Paris şəhərində cüdo üzrə nüfuzlu "Böyük Dəbilqə" yarışının son günü Azərbaycan millisi üçün uğurlu olub

Ağır çəkidə mübarizə aparan cüdoçularımız beynəlxalq turniri medallarla başa vurublar. Qadınların yarışında ölkəmizi təmsil edən İrina Kindzerska (+78 kq) Kamerun, Rusiya və Yaponiya cüdoçularına qalib gələrək finala çıxıb. Həlledici görüşdə Kuba təmsilçisi İdalis Ortizə uduzan Kindzerska Parisdə millimizə gümüş medal qazandırıb.
Kişilərin mübarizəsində ölkəmizi təmsil edən Uşangi Kokauri (+100 kq) bürünc medala sahib olub.
Qeyd edək ki, Fransa "Böyük Dəbilqə"sində 97 ölkədən 570 cüdoçu (334 oğlan, 236 qız) mübarizə aparıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv